AMEA-nın nümayəndələri Fəxri xiyabanda

Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə AMEA Rəyasət Heyətinin əməkdaşları, institut və təşkilatlarının nümayəndələri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. AMEA - dan "Olaylar" - a bildirlib ki, AMEA-nın kollektivi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31