Masallı “ASAN Həyat”da Ümummilli Lider Heydər Əliyev anıldı
10 May 2017 20:32 Sosial"ASAN xidmət", Masallı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayonu üzrə şöbəsi və "ASAN Radio"nun təşkilatçılığı ilə Masallı "ASAN Həyat" kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir baş tutub. Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələr təqdim etmiş şəxslərə partiya biletləri təqdim olunub, güllər əkilib, həmçinin bir sıra şagirdlərə fəxri diplomlar verilib.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31