Səhiyyə Nazirliyinin rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər

Mayın 10 - da müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdü. Bu əlamətdar gündə Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə geniş təbirlər keçirilir, dahi şəxsiyyətin vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır. Hər doğum günündə olduğu kimi, bu gün də Səhiyyə Nazirliyinin rəsmiləri, nazilrliyin kollegiya üzvləri, Elmi-Tədqiqat İnstitutların, səhiyyə müəssisələrinin nümayəndələri ümummilli liderin doğum günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edərək görkəmli dövlət xadiminin məzarı üzərinə əklil qoyublar. Dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31