İlk “4G” kiçik mobil rabitə baza stansiyası buraxılıb

ABŞ-ın “Sprint” şirkəti dünyada ilk simsiz “4G” mini-mobil rabitə baza stansiyasını təqdim edib. Həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı “Sprint LTE Plus” şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir.

ABŞ-ın "Sprint" şirkəti dünyada ilk simsiz "4G" mini-mobil rabitə baza stansiyasını təqdim edib. Həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı "Sprint LTE Plus" şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir.

Məlumata görə, "Sprint Magic Box" adlanan modelin qabariti ayaqqabı qutusu ölçüsündədir və ev və ya bina daxilində istifadə üçün nəzərdə tutulub. Əlavə funksiyaların quraşdırılmasını tələb etməyən yeni qurğunu pəncərəyə yaxın yerləşdirmək və elektrik şəbəkəsinə qoşmaq lazımdır. İki dəqiqədən sonra "Magic Box" yaxın "Sprint LTE Plus" baza stansiyasına avtomatik qoşularaq keyfiyyətli "4G LTE" siqnalını paylamağa başlayacaq. Qurğu 2800 kvadratmetrədək ümumi ərazidə qoşulmanı təmin edir. "ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31