Heydər Əliyevin ildönümü Mərkəzi Neftçilər Xəstəxanasında qeyd olundu
11 May 2017 09:54 SosialMayın 10-u Ümummilli lider Heydər Əliyevin ildönümü ilə əlaqədar olaraq bir çox tibb müəssisələrində müxtəlif səpkili tədbirlər keçirib. Belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında vətəndaşların Check-up müayinələrin təşkili oldu. Nazirlikdən "Olaylar" - a bildirlib ki, səhər saatlarından başlayan müayinələrə ümumilikdə 719 nəfər müraciət edib. Bunlardan 135 nəfər kardioloq, 117 nəfər neropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotooq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlaniblar. Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.