Qubada "Heydər Əliyev və Azərbaycan mətbuatı”
11 May 2017 11:24 SosialBilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə bölgələrdə "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda silsilə mühazirələr təşkil edib.
Fonddan "Olaylar" - a bildirilib ki, "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev Bilik Fondunun təşkilatçılığı ilə Quba Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda mühazirə deyib. Tədbirdə rayon icra hakimiyyətinin, ictimai təşkilatların təmsilçiləri, bölgədəki media nümayəndələri və yerli gənclər iştirak ediblər.
Tədbiri Quba rayon İcra hakimiyyətinin baş məsləhətçisi Cabbarov Seyid açaraq bildirib ki, Ümummilli liderin anadan olmasının 94-cü ildönümü rayonda geniş şəkildə qeyd edilir, müxtəlif tədbirlər keçirilir.
İlham Quliyevin mühazirəsini dinləyicilər maraqla qarşılayıb.