3 nəfər qızı döyüb, diri-diri basdırdılar, amma qız sağ qaldı - VİDEO

Ata diri-diri basdırılan qızını 2 saat sonra xilas edə bilib.  Hadisə Hindistanın Bihar vilayətində baş verib. Görüntülərdə 19 yaşlı Xuşboo Xatunun torpaqdan çıxarılması əks olunub.

Ata diri-diri basdırılan qızını 2 saat sonra xilas edə bilib.  Hadisə Hindistanın Bihar vilayətində baş verib. Görüntülərdə 19 yaşlı Xuşboo Xatunun torpaqdan çıxarılması əks olunub. O, təxminən 2 saat torpağın altında qalıb. Qızın basdırıldığı yeri onun səsini eşidən qonşular tapıblar. Qız özünə gəldikdən sonra başına gələnləri danışıb. O bildirib ki, bazar günü marketdən evə gedərkən 3 nəfər onu qaçırıb, döyüb sonra da dərin çuxura atıb basdırıblar. Hadisə ilə bağlı polislər tərəfindən araşdırma aparılır. Milli.Az "Mirror"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31