Elnarə “Azərinlə tək ürək” – də
Ötən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən “Azərinlə tək ürək” proqramında qonaq olub. “Olaylar” – ın məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə Xəlilova proqramda yaradıcılığından bəhs edərək, sevilən mahnılarını ifa edib.
11 May 2017 12:45 MədəniyyətÖtən gün müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin TRT Avaz telekanalında efirə gedən "Azərinlə tək ürək" proqramında qonaq olub. "Olaylar" - ın məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı türkiyəli səs sənətçisi Adile Kurt Karatepe də proqramda iştirak edib. TRT Avazın Azərbaycan siması olan Elnarə Xəlilova proqramda yaradıcılığından bəhs edərək, sevilən mahnılarını ifa edib.
"Azərinlə tək ürək"də maraqlı anlar da yaşanıb. Azərin dörd uşaq anası olan Elnarənin övladlarından bəhs edib. Aparıcı onun sənəti ilə yanaşı qayğıkeş ana olmasını xüsusi vurğulayıb. Proqramdan sonra azərbaycanlı sənətçinin övladlarına qoyduğu qədim türk adları türkiyəli izləyicilərin marağına səbəb olub. Onlar sosial şəbəkələrdə "Azəri sənətçinin türk adlı evlatları" başlığı ilə bu barədə fikirlərini bölüşüblər.
Xatırladaq ki, teleaparıcı Rövşən Cahangirovla ailəli olan Elnarənin Bura Xatun adlı qızı, Tuğər, Öndər və Ərtuğrul adlı oğlan övladları var.