Sadıqovlu "Qarabağ" çempion oldu
U-19 Liqasında XXXI turun oyunları keçirilib, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
11 May 2017 12:54 İdmanU-19 Liqasında XXXI turun oyunları keçirilib, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı U-19 komandası sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, "Qarabağ" xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal fərqiylə qabaqlayıb.
Bununla da "Qarabağ" UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31