Türkiyə millisinin kapitanı: “Ən çətin rəqibimiz Azərbaycan yığmasıdır”
“Hər zaman ilk oyunlar çətin olur. Biz birinci qarşılaşmamızda Türkmənistan yığması ilə oynadıq. Rəqiblərimizə hörmətlə yanaşırıq. Matçda zaman-zaman çətinlik çəksək də, sonda qalib gəldik (0:3)”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Melih Siratca deyib.
11 May 2017 13:12 İdman"Hər zaman ilk oyunlar çətin olur. Biz birinci qarşılaşmamızda Türkmənistan yığması ilə oynadıq. Rəqiblərimizə hörmətlə yanaşırıq. Matçda zaman-zaman çətinlik çəksək də, sonda qalib gəldik (0:3)". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Melih Siratca deyib.
O qeyd edib ki, yarışa uğurla başlamaq komandasının əhval-ruhiyyəsini daha da artırıb: "Ümid edirəm ki, uğurlarımızın davamı olacaq və komandamız fəxri kürsüdə yer alacaq. Qrupda ən çətin rəqibimiz Azərbaycan yığmasıdır. Komandanızın güclü heyəti olduğunu bilirik. Onlar fiziki cəhətdən güclü idmançılardır. Qrup birinciliyi üçün Azərbaycanla oyun çox önəmlidir. Yarışın favoriti kimi öz komandamızı görürəm. "Bakı-2017"də qalib gələn tərəf biz olmalıyıq. Komandamız buna inanır".
İdmançı IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirib: "Bakı-2017"də hər şey peşəkarlıqla təşkil edilib. Atletlər kəndi yüksək səviyyədədir. İdmançı və nümayəndə heyətlərinə böyük diqqət göstərilir. IV İslam Həmryliyi Oyunları Olimpiya Oyunları tərzindədir. Burada hər şey əladır". Sia.az