Türkmənistanlı idmançı: “Türkiyə millisi ilə qarşılaşma çətin oldu”
“Türkiyə millisi ilə qarşılaşma bizim üçün çox çətin oldu. Ona görə ki, həm rəqib güclü idi, həm də bu oyun “Bakı-2017”də belə böyük arenada ilk matçımız idi. Biz çalışdıq ki, daha yaxşı oynayaq. Ancaq çoxlu texniki səhvlərimiz oldu”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov deyib.
11 May 2017 14:24 İdman"Türkiyə millisi ilə qarşılaşma bizim üçün çox çətin oldu. Ona görə ki, həm rəqib güclü idi, həm də bu oyun "Bakı-2017"də belə böyük arenada ilk matçımız idi. Biz çalışdıq ki, daha yaxşı oynayaq. Ancaq çoxlu texniki səhvlərimiz oldu". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov deyib.
O, növbəti oyunlarda qələbə qazanaraq qrupdan çıxmaq istədiklərini vurğulayıb: "Hər komanda oyuna qələbə üçün çıxır. Biz də buna çalışdıq. Üçüncü setdə hesabda Türkiyəyə çatdıq (23:22). Sonra onların vurduqları topları qəbul edəndə səhvlərə yol verdik. Ona görə uduzduq. Növbəti oyunlarda qalib gəlib, ikinci də olsa, qrupdan çıxmaq istəyirik".
İdmançı Bakıda ilk dəfə olduğunu bildirib: "Şəhəriniz çox gözəldir. Burada çox möhtəşəm memarlıq abidələri və gözəl dizayna malik binalar gördüm. "Bakı-2017"nin təşkilatçılığı isə yüksək səviyyəddir. Həm otellər, həm də Atletlər kəndi gözəldir. Biz çox yaxşı vaxt keçiririk. Azərbaycan mətbəxtinin yeməkləri isə çox dadlıdır". Sia.az