Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələr

Azərbaycanın bəzi qonşuları kimi müxalifət sarıdan da bəxti gətirməyib desək yanılmarıq. Bir qayda olaraq ölkədə müxalifətin başlıca funksiyası iqtidarın atmış olduğu hansısa səhv, yalnış addımları görüb, ona müəyyən təkliflər, tövsiyyələr vermək, bu və ya digər seçkilərdə iştirak edib hakimiyyətə gəlmək istəyi olsa da. lakin bu yanaşmanı Azərbaycan müxalifəti üçün səsləndirmək heç də doğru olmazdı. Düzdür, ölkədə kifayət qədər sadaladığımız meyarlara cavab verən müxalifət partiyaları da var.

Prezident İlham Əliyev: "Özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar"

Azərbaycanın bəzi qonşuları kimi müxalifət sarıdan da bəxti gətirməyib desək yanılmarıq. Bir qayda olaraq ölkədə müxalifətin başlıca funksiyası iqtidarın atmış olduğu hansısa səhv, yalnış addımları görüb, ona müəyyən təkliflər, tövsiyyələr vermək, bu və ya digər seçkilərdə iştirak edib hakimiyyətə gəlmək istəyi olsa da. lakin bu yanaşmanı Azərbaycan müxalifəti üçün səsləndirmək heç də doğru olmazdı. Düzdür, ölkədə kifayət qədər sadaladığımız meyarlara cavab verən müxalifət partiyaları da var. Lakin bununla yanaşı tamamilə radikal mövqedə dayanan, hakimiyyətin atmış olduğu bütün müsbət addımları yalnız tənqid etməyi hədəfləyən, heç bir müsbət atmosferi görmək istəməyən müxalifət partiyaları da mövcuddur ki, bu da ümumilikdə Azərbaycan müxalifətinin adına ləkə gətirən bir haldır. Bu qüvvələrin bir qayda olaraq qarşısına qoyduğu hədəf hansı yolla olur-olsun Azərbaycanı gözdən salmaq, onun imicinə, nüfuizuna xələl gətirməkdir. Bütün bunların fonunda isə xarici dairələrin əli ilə hakimiyyətə gəlmək. Yaxın tariximizdə bu kimi mənfi tendensiyaların bir neçə dəfə əyani şahidinə şevrilmişik. Təəssüflər olsun ki, həmin qüvvələrin antimilli addımları, hərəkətləri günümüzdə də davam edir. Bir vaxtlar SSRİ-dən ayrılmağı tələb edən, bunun üçün meydanlarda yaxa cıran həmin müxalifət partiyalarının rəhbərlərinin 2013-cü ilin president seçkilərində keçmiş SSRİ-nin varisi sayılan Rusiyadan mədət umması, şimal qonşumuzdakı bəzi dairələrin əli ilə hakimiyyətə gəlmək istəyi yaxın tariximizin təəssüf doğuran məqamlarındandır. Yaxud Qərbin müsəlman ölkələrinə demokratiya adı altında bəxş etdiyi hərc-mərclik, ixtişaş, xaosun Azərbaycanda da təkrarlanması məhz həmin qüvvələrin birbaşa istəyi idi. Artıq həm Qərbdən, həm də şimaldan əllləri üzülən bu qüvvələr son vaxtlar nə qədər acı da olsa erməni lobbisi ilə işbirliyindədir. Radikalların liderlərinin Azərbaycanın imicinə, nüfuzuna zərbə vurmağı hesablamış açıqlamalarının işğalçı Ermənistanın kütləvi informasiya vasitələri, elektron portal və saytlarını bəzəməsi məhz həmin qüvvələrin ermənilərlə işbirliyinin təzahürüdür. Keçən ilin aprel ayında cəbhə xəttində baş verən məlum olaylar zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli necə erməni saytlarının ulduzuna çevrilmişdisə, indi də anoloji proses təkrar olunur. Bu günlərdə hərbi müstəvidə baş verən xoşagəlməz situasiyadan da radikallar, xüsusilə Əli Kərimli bir vasitə kimi istifadə edərək bununla erməni maraqlarına xidmət etdiyini bird aha aydın şəkildə ortaya qoyur.

Paralel olaraq radikal düşərgənin hazırda əsas fəaliyyət istiqamətlərindən biri də mayın 12-də rəsmi start götürəcək IV İslam Hərməyliyi Oyunlarına kölgə salmağa yönəlib. Elə Milli Şura adlanan qurumun keçən ay paytaxtda keçirdiyi növbəti uğursuz etiraz aksiyası da məhz buna hesablanmışdı. Ssenari isə ondan ibarət idi ki, sözügedən qurumun aprel aksiyasına daha çox ictimaiyyət dəstəyi olsa, o halda

aksiyalar davamlı xarakter alacaq və bununla da IV İslam Həmrəyliyi Oyunlarına qədər Azərbaycanda ictimai-siyasi sabitlik pozulacaq. Nəticə etibarilə, Həmrəylik Oyunlarının iştirakçı dövlətləri ictimai-siyasi sabitsizliyi əsas gətirərək Azərbaycana gəlməkdən imtina edəcəklər. Ancaq göründüyü kimi, radikal düşərgənin hər zaman olduğu kimi bu dəfəki istəyi də reallaşmadı və Azərbaycan xalqı ölkədə xaos anarxiya yaratmaq istəyində olanlara dəstək nümayiş etdirmədi. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan xalqı heç vaxt antimilli qüvvələrə dəstək verməyib: "Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31