İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir

Artıq IV İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır. Mayın 12-də rəsmi start götürəcək İslamiada təkcə ərəb dünyası, müsəlman aləmi deyil, ümumilikdə bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, IV İslam Hərməyliyi Oyunları bütün parametrləri üzrə ölkəımizə yalnız və yalnız müsbət dividentlər gətirəcək.

Artıq IV İslam Həmrəyliyi Oyunlarına sayılı saatlar qalır. Mayın 12-də rəsmi start götürəcək İslamiada təkcə ərəb dünyası, müsəlman aləmi deyil, ümumilikdə bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, IV İslam Hərməyliyi Oyunları bütün parametrləri üzrə ölkəımizə yalnız və yalnız müsbət dividentlər gətirəcək. Necə ki, bundan əvvəl Azərbaycanın evsahibliyi ilə keçirilən Evrovizion musiqi yarışması, Birinci Avropa Oyunları, "Formula-1" yarışları və digər bu kimi tədbirlər eyni nəticəni ortaya qoydu. Elə Gənc Heydərçilər Klubunun eks-prezidenti Nicat Müslümov da bu qənaətdədir. O, bildirib ki, son illərdə ölkəmizdə keçirilən mötəbər tədbirlər bizim gücümüzün, müstəqillik dövrü ərzində keçdiyimiz uğurlu yolun bariz nümunəsidir. Nicat Müslümovun sözlərinə görə, "Eurovision" yarışmasının Bakıda keçirilməsindən sonra Azərbaycan beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirə biləcəyini hər kəsə sübut etdi: "Daha sonra Birinci Avropa Oyunları, "Formula-1" yarışı, şahmat çempionatı və artıq startına saatlar qala baş tutacaq İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir. Əlbəttə bir gənc olaraq mən ölkəmlə fəxr edirəm və belə bir dövlətin vətəndaşı olmaq qürurvericidir". Nicat Müslümov qeyd edib ki, beynəlxalq yarışların çoxluğu və onların ölkəmizdə keçirilmıəsi iqtisadiyyatı da gücləndirir: "İlk növbədə Azərbaycana turist axınını artırır ki, bu da ölkəmizin turizm potensialını bir daha üzə çıxarırı. Yarışlara idmançı və tamaşaçı kimi gələn qonaqlar Azərbaycandakı şəraiti, mövcud potensialı, ən əsası ictimai-siyası sabitliyi gördükdən sonra heç şübhəsiz ki, yenidən bura gəlmək arzusunda olurlar. Eləcə də bu kimi tədbirlər bir çox istiqamətlər üzrə müsbət amillərə səbəb olur". Nicat Müslümov onu da qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm qürurverici, həm də, məsuliyyətli bir işdir: "Birinci Avropa Oyunları zamanı könüllülük təcrübəm olduğundan o, zaman Koordinator idim. Oyunlar zamanı könüllülərin keçirdiyi hislərin nələrdən ibarət olduğunu xatırlayıram. Könüllülər oyunların bir hissəsi ola bildiyi üçün çox sevincli olurlar. Lakin onlar bu oyunların yüksək səviyyədə keçməsi üçün işini maksimum dərəcədə yaxşı görməli olduğunu da bilirlər və bunun üçün gənclərimiz işinin məsuliyyətini dərk edirlər. Könüllülükk fəaliyyəti gənclərə ilk olaraq təcrübə, yeni dostlar, özünəinam qazandırır. Könüllü olmuş gənc özünə şərait yaradıldığı təqdirdə nələrə qadir ola biləcəyini öyrənmiş olur və bu onun gələcək həyatı üçün stimul rolunu oynayır". Gənc Heydərçilər Klubunun eks-prezidenti bildirib ki, Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra ölkəmizi dünyada elə də çox tanımırdılar: "Amma ilbəil ölkəmiz nəinki tanındı, artıq bütün dünyada sayılıb-seçilən, hörmət edilən bir dövlətə çevrildi. Eyni zamanda bu qısa müddət ərzində onun keçdiyi şanlı inkişaf yolu da danılmazdır. Əlbəttə bu amillər ölkənin bir gənc vətəndaşı olaraq məni çox sevindirir. Son illərdə ölkəmizdə keçirilən mötəbər tədbirlər bizim gücümüzün, müstəqillik dövrü ərzində keçdiyimiz uğurlu yolun bariz nümunəsidir". Nicat Müslümov bildirib ki, Gənc Heydərçilər Klubu ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirir: "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət göstəririk. Başlıca məqsəd gənc bacarıqlı gəncləri bir araya gətirməkdir. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31