Türkiyə ilə Rusiya arasındakı münasibətlər daha da yumuşalacaq
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçi görüşü hələ də dünya siyasətçilərinin diqqət mərkəzindədir. Görüşün yekunlarının sözügedən dövlətlər arasındakı münasibətlərin istiləşmsinə, eləcə də regionda baş verən prosesləri təsiri barədə müxtəlif fikirlər səslənməkdədir.
11 May 2017 14:49 SiyasətElxan Ələsgərov : "ABŞ Türkiyə ilə müttəfiqliyini davam etdirəcək"
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçi görüşü hələ də dünya siyasətçilərinin diqqət mərkəzindədir. Görüşün yekunlarının sözügedən dövlətlər arasındakı münasibətlərin istiləşmsinə, eləcə də regionda baş verən prosesləri təsiri barədə müxtəlif fikirlər səslənməkdədir. "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov bildirib ki, Rusiya və Türkiyə prezidentlərinin Soçi şəhərində keçirilən son görüşü zamanı aparılan danışıqlarda nəticəsində mühüm regionda və dünyada gedən proseslərə ciddi təsir edə biləcək mühüm razılıqlar əldə olunub. Politoloqun sözlərinə görə, Rusiya və Türkiyə prezidentlərinin görüşündə əsasən iki məsələ müzakirə olunub. Onlardan birincisi Suriyadakı vəziyyət və ölkələrin fəaliyyətlərini koordinasiya etməsi, ikincisi isə ikitərəfli münasibətlər və iqtisadi-siyasi məsələlərin həlli olub: "Suriya ilə bağlı elə bir vəziyyət yaranıb ki, Qazaxıstanın paytaxtı Astanada İran, Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə böyük bir görüş gözlənilir. Ona görə də liderlər mövqelərini yaxınlaşdırmaq üçün danışıqlar aparıb. Bundan əvvəl isə Putinin ABŞ prezidenti Trampla telefon danışığı olub. Çünki Rusiya yaxşı anlayır ki, antiterror koalisiyasında ABŞ-ın rolu böyükdür. Rusiya rəsmilərinin verdikləri bəyanatlara görə, ABŞ guya İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriya ilə bağlı sülh danışıqlarının bərpa edilməsi və atəşkəsin elan olunmasına dair razılıq verib.Türkiyənin Suriya ilə bağlı hazırki mövqeyi Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması və orada sünni, şiə və kürdlərin ayrı-ayrılıqda yaşaya biləcəkləri neytral bölgələrin yaradılmasıdır. Rusiya hərbçilərinin təklifi ilə Suriyada 4 əsas zona yaradılmalı, orada atəşkəs elan olunmalı və zonalar arasına müşahidəçilər, lazım gəldikdə isə nəzarət emək üçün Rusiya, İran və Türkiyənin Silahlı Qüvvələrinin hissələri yerləşdirilməlidir. Danışıqların əsas mövzusu bu idi. Ehtimal etmək olar ki, ölkələrin Suriyadakı iqtidara yanaşmaları fərqli olsa da, ümumiyyətlə həm Rusiya, həm də Türkiyə Suriyada atəşkəsin elan olunmasının tərəfdarıdır". E.Ələsgərov hesab edir ki, ikitərəfli iqtisadi-siyasi məsələlərə gəlincə, burada tərəflər bir sıra məqamlarda razılığa gəliblər: "Məlum təyyarə hadisəsindən sonra Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələr Moskvanın sanksiyaları nəticəsində demək olar ki, kəsilmişdi. O vaxtdan Türkiyə Rusiyadan gələn taxıla embarqo qoyub, Rusiya isə Türkiyədən gələn kənd təsərrüfatı mallarına və bəzi şirkətlərin fəaliyyətinə qadağa qoyub. Verilən son bəyanatlara görə isə, məlum pomidor məsələsindən başqa digərləri əsasən həll olunub. Lakin digər iqtisadi layihələr, xüsusən Rusiyadan Türkiyəyə qaz kəməri məsələsi, Akkuyuda Atom Elektrik Stansiyasının tikintisi və digərləri öz həllini tapıb. Əlavə olaraq hərbi və hərbi-texniki əməkdaşlıq, xüsusən Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına dair müzakirələr aparılıb. Lakin bu uzun vaxt aparan məsələdir, çünki NATO ölkəsinin hava hücumundan müdafiə sistemini dəyişdirməsi fövqəladə hadisədir və uzun müddətli danışıqlar tələb edir". Ekspertin fikrincə, Suriyada müharibəyə son qoyulması və İŞİD-in əsas dayaqlarının məhv edilməsi ümumiyyətlə, "ərəb baharı"nın dayandırılması demək olacaq: "Bu, uzunmüddətli proses idi və Suriyada da daxil olmaqla bir sıra ölkələrdə vəziyyəti xaos halına gətirib çıxartdı. Lakin Suriyada tərəflər arasında atəşkəsin və sülhün elan edilməsi o deməkdir ki, "ərəb baharı" hansısa nöqtədə durdurulacaq. Belə olsa, bu regional, ümumilikdə isə Azərbaycan da daxil olmaq dünya ölkələri üçün müsbət nəticələr verəcək. Çünki "ərəb baharı"nın hansı nəticələrə gətirib çıxaracağı bəlli deyildi. Bu gün biz görürük ki, bu, İŞİD kimi eybəcər bir şeyin yaradılmasına gətirib çıxartdı. Sonrakı hadisələr isə təbii ki, tərəflərin danışıqlar masasında əldə etdiyi nəticələrdən asılı olacaq".
Onun sözlərinə görə, hadisələrin gedişatı göstərir ki, Avropa-Türkiyə münasibətləri hələ bir müddət də gərgin olaraq qalacaq. Hər halda indiki məqamda mövqelərin uzlaşacağı görünmür: "AŞPA-nın Türkiyəni yenidən monitorinq dövrünə qaytarması o deməkdir ki, Avropa Türkiyəni nəzarətində saxlamaq istəyir. Türkiyə uzun müddətdir ki, Avropa Şurası ilə əməkdaşlıq edir, onların tələblərinə uyğun cürbəcür islahatlar aparırdı. Bu islahatlar nəticəsində Avropa ilə müəyyən yaxınlaşma müşahidə olunurdu. Daha sonralar, xüsusən də Suriyadakı hadisələrdən sonra siyasi səbəblərə görə Türkiyənin Avropa Birliyinə qəbul olunması məsələsi ertələndi. İndi isə AŞPA vasitəsilə Türkiyəni yenidən monitorinq dövrünə qaytarmaqla bu ölkədəki prosesləri yenidən nəzarət altına almaq istəyirlər. Yəni Türkiyənin daxili siyasətinə müdaxilə kimi yeni vasitə yaradılır". Lakin politoloqun fikrincə, AŞPA-nın monitorinq qərarı Türkiyənin, ümumiyyətlə, Qərblə münasibətlərinin pozulması demək deyil: "Məsələn, Trampın prezident seçilməsindən sonra ABŞ Türkiyə ilə münasibətləri gücləndirilir, rəsmi şəxslərin bir neçə qarşılıqlı səfərləri olub. İndi isə Ərdoğanın Amerikaya səfəri gözlənilir. Bu, onu göstərir ki, Türkiyənin Qərblə siyasətində bir az fərqlər yaşanır. Bir tərəfdən qaçqın və miqrant məsələlərində Türkiyə ilə Avropa arasında ziddiyyətli, qəliz vəziyyət və gərginlik yaşanır, digər tərəfdən Türkiyə ABŞ-ın yaxın müttəfiqidir. Bir müddət əvvəl Fətullah Gülənin ekstradisiyası ilə bağlı yaranmış gərginliyi aradan götürmək üçün yüksək səviyyəli səfər həyata keçirilir. Bu isə göstərir ki, ABŞ Türkiyədəki referendumdan sonra da bu ölkə ilə müttəfiqliyini davam etdirəcək".
Alim