Oman futbolçuları “Bakı-2017”də ilk qələbələrini qazanıblar

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir. SİA-nın məlumatına görə, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir. Turnirin "B" qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.

"AZAL Arena"da təşkil olunan görüşün 27-ci dəqiqəsində türkiyəli futbolçu Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Oman ilk oyunda Fələstin yığması ilə qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Türkiyə isə Əlcəzair millisi ilə görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31