FİFA iki ölkəylə bağlı cəzanı qüvvədə saxladı

Bəhreyndə FİFA-nın 67-ci Konqresinə start verilib. Qurum artıq bir sıra qərarlar qəbul edib. Tədbirdə Qvatemala və Küveyt futbol federasiyalarının diskvalifikasiyası məsələsinə də baxılıb. Hər iki quruma qoyulan cəzanın müddəti uzadılıb.  

Qeyd edək ki, hər iki ölkənin FİFA üzvlüyü ötən il dayandırılıb. Buna federasiyaların bir sıra öhdəlikləri pozması, həmçinin dövlətin qurumun işinə müdaxiləsi səbəb olub. Konqres Qvatemala və Küveytlə bağlı məsələdə FİFA-nın Şurasını səlahətləndirib. Çatışmazlıqlar aradan qaldırılan kimi Şura müvafiq qərar vermək hüququna malikdi. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31