Gündəm

Ermənilər 142 dəfə atəşkəsi pozub

29 İyun 2017 11:29

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub.

İnşaatçılar prospektində yerləşən dairə ləğv edildi

29 İyun 2017 11:30

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə (Statistika dairəsi) artıq ləğv edilib.

Si Cinpinin Trampla görüşü gözlənilir

29 İyun 2017 11:27

Çin Xalq Respublikasının lideri Si Cinpinin ABŞ prezidenti Donald Trampla görüşü gözlənilir. Çin Xalq Respublikasının xarici işlər naziri Li Baod bildirib ki, Almaniyanın Vamburq şəhərində iyulun 7-8-də keçiriləcək "G20" sammiti çərçivəsində ölkə başçısı bir neçə dövlətin liderləri ilə təkbətək görüşəcək: "Bir sıra beynəlxalq məsələləri yoluna qoymaq üçün ölkə liderləri ilə ikitərəfli görüşlər keçiriləcək.

Rusiya və Qərb arasında müharibə başlayacaq

29 İyun 2017 11:25

"Rusiya və Qərbin rəqabəti uzunmüddətli amildir. Yaranmış münasibətlər yekunda məhdud və ya genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər”. Bu haqda Strateji Araşdırmalar Mərkəzinin (SSR) məruzəsində deyilir.

Quru əməliyyatı an məsələsidir - HƏDƏFLƏR MÜƏYYƏN EDİLDİ

29 İyun 2017 11:23

Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək. Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) terror təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

"Ərimi öldürdülər, pulumu yedilər, qalmışam burada" - 26 yaşlı gəncə ərə gedən 59 yaşlı qadın 

29 İyun 2017 11:18

Vətənimə, Şotlandiyaya qayıtmaq istəyirəm. Amma necə qayıdım? Orada nə evim qalıb, nə işim. Qayıtmağa pulum da yoxdur. Nə edəcəyimi bilmirəm. Britaniya vətəndaşı, Şotlandiyanın Edinburq şəhərinin sakini Diana de Zoysa indi Hri-Lankanın cənub-qərbindəki Aunqalla şəhərindədir. O, geri dönmək istəsə də, niyyətini gerçəkləşdirə bilmir.

"Formula-1" sahibinin qızı boşanır: 6 milyard dollarlıq çəkişmə

29 İyun 2017 11:13

Beynəlxalq "Formula-1" avtoçempionatına sahiblik hüququnu "Liberty Media" korporasiyasına satmış milyarder Berni Ekklstounun qızı Petra Ekklstoun 6 ildən bəri nikahda olduğu əri Ceyms Stentdən boşanır.

Arif Məmmədov və Elnur Nağızadə rəsmi axtarışa verildi

29 İyun 2017 11:11

Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarış dosyesi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

Səyyar ASAN Xaçmaz, Xaldan və Qobuda

29 İyun 2017 11:02

Səyyar ASAN xidmət 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar  4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Şikayət təsdiqini tapmayıb

29 İyun 2017 10:03

Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Prezidentin "G20" sammitində iştirakı ləğv olundu

29 İyun 2017 10:00

İyulun 7-8-də Almaniyanın Vamburq şəhərində keçiriləcək "G20" sammitində Braziliya prezidenti iştirak etməyəcək. İlkin məlumatlara görə Braziliya prezidenti Mişel Temer rəsmi olaraq korrupsiya işi üzrə şübhəli bilindiyi üçün Almaniya səfərini ləğv edib. Mişel Temerə qarşı korrupsiya ittihamları konqresin Aşağı Palatasından sonra Ali Məhkəməyə yönəldilib. Ölkə prezidentinə qarşı məhkəmə prosesinin başlaması üçün Nümayəndələr Palatasının səsləri nəzərə alınacaq.

7 terrorçu öldürüldü

29 İyun 2017 08:04

Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqdakı mövqelərinə zərbələr endirib. Terrorçuların İraqın şimalındakı Avaşin-Basyan rayonundakı mövqelərinə endirilmiş hava zərbələri nəticəsində PKK-nın 7 silahlısı zərərsizləşdirilib.

Yapon musiqi qrupu Şəkidə

29 İyun 2017 07:59

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.  Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.

“İpək Yolu” festivalı çərçivəsində polyak və macar musiqiləri təqdim olundu

29 İyun 2017 07:54

Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü  Şəki Xan sarayının həyətində tamaşaçılara polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun konsert proqramı təqdim olunub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda, bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib. Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Ania Broda etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifidi. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb. 

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı

28 İyun 2017 16:09

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb. 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər. Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar. Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.