Prezidentin "G20" sammitində iştirakı ləğv olundu

İyulun 7-8-də Almaniyanın Vamburq şəhərində keçiriləcək "G20" sammitində Braziliya prezidenti iştirak etməyəcək. İlkin məlumatlara görə Braziliya prezidenti Mişel Temer rəsmi olaraq korrupsiya işi üzrə şübhəli bilindiyi üçün Almaniya səfərini ləğv edib. Mişel Temerə qarşı korrupsiya ittihamları konqresin Aşağı Palatasından sonra Ali Məhkəməyə yönəldilib. Ölkə prezidentinə qarşı məhkəmə prosesinin başlaması üçün Nümayəndələr Palatasının səsləri nəzərə alınacaq.

İyulun 7-8-də Almaniyanın Vamburq şəhərində keçiriləcək "G20" sammitində Braziliya prezidenti iştirak etməyəcək. İlkin məlumatlara görə Braziliya prezidenti Mişel Temer rəsmi olaraq korrupsiya işi üzrə şübhəli bilindiyi üçün Almaniya səfərini ləğv edib.

Mişel Temerə qarşı korrupsiya ittihamları konqresin Aşağı Palatasından sonra Ali Məhkəməyə yönəldilib. Ölkə prezidentinə qarşı məhkəmə prosesinin başlaması üçün Nümayəndələr Palatasının səsləri nəzərə alınacaq.

Nümayəndələr Palatası üzvlərinin üçdə ikisinin prosesin başladılmasına səs verməsi kifayət edir. Məlumatda prezident tərəfdarlarının qəbul edilən qərarı səs çoxluğu ilə ləğv edə biləcəkləri də qeyd olunub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31