Alen Simonyan Azərbaycana gələcək
11:03 SiyasətErmənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək.Bu barədə Simonyan jurnalistlərə açıqlamasında danışıb.Alen Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək.
Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.
Xatırladaq ki, iyunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin Təhlükəsizlik Şurasının həmin dövrdəki katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31