Gündəm

"Qəbələ"nin istədiyi hollandiyalı klubundan ayrılır

29 İyun 2017 12:09

"Qəbələ"nin maraq dairəsində olan Deyv Bulteysin karyerasını Azərbaycanda davam etdirmək şansı getdikcə artır.  "Nürnberq" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır.

"Övladlarımla ilk dəfə görüşəcəyim üçün çox sevinirəm"

29 İyun 2017 12:07

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Konfederasiyalar Kubokunda 3-cü yer uğrunda keçiriləcək oyunda iştirak etməyəcək. Ulduz futbolçuya yenicə dünyaya gələn övladlarını görmək imkanı yaradılıb.

Azərbaycanlı deputatın hazırladığı yeni sənəd Avropa Şurasında nəşr edildi

29 İyun 2017 12:02

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanlı deputat Rafael Hüseynovun hazırladığı “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı yeni tövsiyə xarakterli sənədi müvafiq imzalar toplayıb və aktual qətnamə layihəsi kimi AŞPA katibliyinə təqdim edilib.

Lisey və gimnaziyalara qəbul olunmayan uşaqlar digər məktəblərə yerləşdiriləcək

29 İyun 2017 12:01

“Bəzi məktəblərdə qəbul prosesi artıq bitib. Valideynlər övladlarının lisey və gimnaziyalarda təhsil almasına üstünlük veriblər. Onlar uşaqların adi məktəblərdə təhsil almasını seçməyiblərsə, sonradan yaranan narazılıqlarını başa düşürəm. Amma təəssüf ki, bütövlükdə bu proses cəmiyyətin ixtiyarına verilib. Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”.

Məhəbbət Vəliyeva: “Məktəbə hazırlıqda ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik”

29 İyun 2017 11:59

Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəqədər hazırlıq qruplarına uşaqların 65%-i cəlb ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilində bu rəqəm  55% olub. Onun sözlərinə görə, bu il ayrılan əlavə 10% yer əsasən Bakı ətrafı qəsəbələri əhatə edəcək.

Rusiya yaxın 10 ildə.. - Məruzə məxfilikdən ÇIXARILDI

29 İyun 2017 11:58

Ən yaxın on ildə Rusiyanın imkanları arta bilər. Bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.

Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı XƏBƏR

29 İyun 2017 11:56

Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır.  Bunu ki, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

Yaşayış binasında yanğın baş verib

29 İyun 2017 11:52

Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. “Olaylar”ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Nazir: “Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya daxil olan oğlanların sayı artıb”

29 İyun 2017 11:51

Magistraturaya daxil olan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magistraturaya qəbul olan oğlanların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

Corc Pell cinsi istismarda günahlandırılır

29 İyun 2017 11:49

Katolik kilsəsinin ən yüksək nüfuza malik üçüncü adı, Vatikan xəzinədarı, avstraliyalı kardinal Corc Pell cinsi istismar ittihamı ilə məhkəməyə verilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Avstraliyanın Viktoriya ştatının polisi Corc Pellə yönəldilən cinsi təcavüz ittihamlarının tarixi hadisələrlə bağlı olduğunu bildirib.

Muğam Mərkəzində “Bayatı-Şiraz” səsləndi

29 İyun 2017 11:48

Beynəlxlaq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olunub.Mərkəzdən “Olaylar” – a bildirilib ki, “Bayatı-Şiraz”ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səslənib. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada-Elnur Salahov, bas tarda-Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda-Mirağa Murtuzov) müşayiət edib.

Təhsil naziri universitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib

29 İyun 2017 11:45

Təhsil naziri Mikayıl Cabbarovuniversitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib.  Nazir deyib ki, burada hüquqi-təşkilati formanın dəyişdirilməsi, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılması prosesi müşahidə edilir. M. Cabbarov qeyd edib ki, bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir: "Nizamnamələrdə müvafiq dəyişikliklər edilir və yeni idarəetmə strukturları tətbiq edilir".

Suriyalı qaçqınların Türkiyədə sayı açıqlandı

29 İyun 2017 11:42

Suriyalı qaçqınların Türkiyədə ümumi sayı açıqlanıb. Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidmətinin açıqladığı statistikaya əsasən, suriyalı qaçqınların bu ölkədə sayı 3 milyon 49 min 879 nəfər təşkil edib.

BŞTİ rəhbəri: “Məktəblərdə şagird sıxlığı ilə bağlı vəziyyət həqiqətən gərgindir”

29 İyun 2017 11:40

"Məktəblərdə sıxlıqla bağlı problemlər hələ də qalır”. bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu məsələ yalnız Təhsil Nazirliyinin problemi deyil, ümumiyyətlə, ərazidə məskunlaşma ilə əlaqəli problemdir.

Sosial tərəfdaşlar və BƏT nümayəndələri ilə birgə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunur

29 İyun 2017 11:33

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” mövzusunda seminar öz işinə başlayıb. İki gün davam edəcək tədbirin açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in şöbə müdiri xanım Nensi Lepink və baş mütəxəssisi Valentin Mokanu, Rusiyanın Əmək Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutunun sektor müdiri xanım Yekaterina Kuznetsova və b. iştirak ediblər.