Muğam Mərkəzində “Bayatı-Şiraz” səsləndi
Beynəlxlaq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olunub.Mərkəzdən “Olaylar” – a bildirilib ki, “Bayatı-Şiraz”ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səslənib. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada-Elnur Salahov, bas tarda-Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda-Mirağa Murtuzov) müşayiət edib.
29 İyun 2017 11:48 MədəniyyətBeynəlxlaq Muğam Mərkəzində "Muğam axşamları" layihəsi çərçivəsində "Bayatı-Şiraz" muğamı ifa olunub.Mərkəzdən "Olaylar" - a bildirilib ki, "Bayatı-Şiraz"ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səslənib. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada-Elnur Salahov, bas tarda-Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda-Mirağa Murtuzov) müşayiət edib.
Xanəndələrin ifa etdiyi "Baytı-Şiraz" muğamı tamaşaçılar tərəfindən böyük maraq və alqiılarla qarşılanıb. "Bayatı-Şiraz" muğamı yeddi əsas muğam dəstgahlarından biridir. "Bayatı-Şiraz" muğamı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınıb.