Rusiya yaxın 10 ildə.. - Məruzə məxfilikdən ÇIXARILDI

Ən yaxın on ildə Rusiyanın imkanları arta bilər. Bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.

Ən yaxın on ildə Rusiyanın imkanları arta bilər. Bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.

Həmçinin qeyd edilir ki, Rusiya öz şərtləri ilə sabitliyin təminatı üçün hərbi gücdən istifadə etmək niyyətindədir. Sənəd gələn həftə dərc edilməlidir. Amma sənəd "Assoşieyted Press"in əlinə keçib. Məruzə "Rusiyanın hərbi gücü" adlanır. Onun son 20 il ərzində RUMO-nun məxfilikdən çıxardığı ilk sənəd olduğu bildirilir. Publika.az "Assoşieyted Press" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31