ABŞ-nin Qafqaz marağı: Azərbaycan hansı imkamları qazanır? – ÖZƏL

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri müzakirə olunur. Gündəmdə enerji və investisiya ilə yanaşı, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik minerallar, sənaye, nəqliyyat və turizm kimi sahələr də yer alır. Orta Dəhliz və TRIPP layihəsinin müzakirəsi isə tərəfdaşlığın iqtisadi çərçivəsinin genişləndiyini göstərir. Bu istiqamətlərin Azərbaycan üçün hansı real imkanlar yarada biləcəyi və ABŞ investisiyalarının hansı sahələrdə yeni layihə və iş yerlərinə səbəb ola biləcəyi diqqət mərkəzindədir.

"Amerika Birləşmiş Ştatlarının hazırda idxal etməyə çalışdığı ən mühüm resurslardan biri kritik minerallardır. Çünki ABŞ öz sənayesinin, xüsusilə də innovativ sənayesinin inkişafı üçün bu tip minerallara çox böyük ehtiyac duyur. Azərbaycanda da ABŞ-nin tələbatını ödəyəcək qədər olmasa da, kifayət qədər faydalı qazıntı ehtiyatları var. Azərbaycanın zəngin resursları mövcuddur".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, əgər nəzərə alsaq ki, ABŞ Ermənistanda ötən il Zəngəzur dəhlizi üzərində bir inkişaf şirkəti yaradıb və 74 faiz paya sahibdir, demək ki, ümumilikdə Qafqaza olan maraq aydındır. Qafqazın da ən böyük ölkəsi kimi Azərbaycanın iqtisadi əməkdaşlıq formatında olan marağı buradan da görünür. Azərbaycana gəldikdə isə, Azərbaycanın ABŞ-nin mühüm iqtisadi tərəfdaşlarından biri olması hər iki ölkə üçün ciddi əhəmiyyət və önəm daşıyır və eyni zamanda Azərbaycan üçün də bunun müəyyən mənası var. ABŞ ilə əməkdaşlıq nəticəsində istehsal sənayesində yeni iş yerlərinin açılmasına, eyni zamanda xidmət sektorunda yeni iş yerlərinin yaranmasına daha çox imkan verə bilər. Bir çox istiqamətlər var, amma düşünürəm ki, hazırkı mərhələdə ən çox xidmət sektoru üzrə əməkdaşlıq və istehsal üzrə əməkdaşlıq daha çox görünən istiqamətlərdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31