Corc Pell cinsi istismarda günahlandırılır

Katolik kilsəsinin ən yüksək nüfuza malik üçüncü adı, Vatikan xəzinədarı, avstraliyalı kardinal Corc Pell cinsi istismar ittihamı ilə məhkəməyə verilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Avstraliyanın Viktoriya ştatının polisi Corc Pellə yönəldilən cinsi təcavüz ittihamlarının tarixi hadisələrlə bağlı olduğunu bildirib.

Katolik kilsəsinin ən yüksək nüfuza malik üçüncü adı, Vatikan xəzinədarı, avstraliyalı kardinal Corc Pell cinsi istismar ittihamı ilə məhkəməyə verilib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, Avstraliyanın Viktoriya ştatının polisi Corc Pellə yönəldilən cinsi təcavüz ittihamlarının tarixi hadisələrlə bağlı olduğunu bildirib.

Polis rəsmisi Şane Patton çoxsayda insanların Vatikan xəzinəsində xidmət edən kardinal Pell haqqında təcavüz iddiası ilə şikayət etdiyini bilidirib. İddiaları ətraflı izah etməyən polis rəsmiləri bildirib ki, keşişin məhkəmə qarşısında özünü müdafiə edəcəyi gözlənilir.

Kilsədən verilən açıqlamada Kardinal Pellin həkimlərin icazəsi ilə mümkün qədər tez zamanda Avstraliyaya geri qayıdacaq. Kardinalın 18 iyulda məhkəməyə çıxarılacağı bildirlir. Kardinal keçən il Romada Avstraliyalı dedektiflere könüllü ifadə verdiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31