Gündəm
Bakı Zooparkında yenidənqurma işləri başlayır
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən artıq fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır. Fonddan verilən məlumata görə, Bakı Zooloji Parkının təmiri ilə bağlı ətraf mühit və heyvanların qorunması üzrə fəaliyyəti ilə seçilən L. Əliyevaya şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər ünvanlanıb.
Teys: “Görüşdən pozitiv nəticə gözləmirəm”
“ATƏT-in Minsk qrupunun çoxlu sayda diplomatlarının və nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsinə və qoşunların təmas xəttində monitorinq keçirilməsinə baxmayaraq Yerevanın silahlı təxribatları dayanmayıb. Ermənilər Azərbaycan xalqına, Qafqazda sülh və təhlükəsizliyə zərər vurmaqda davam edir”.
Altı tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, zərərçəkmiş şəxslər hələ ki, özlərinə vəkil tutmayıblar.
Qəza zamanı yol təsərrüfatına 1250 manat ziyan dəyib
Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, markası məlum olmayan avtonəqliyyat vasitəsi Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb.
Ege dənizində zəlzələ
“Olaylar” Səhər saatlarında Türkiyənin İzmir şəhərində zəlzələ qeydə alınıb. Zəlzələnin episentrinin Ege dənizində Karaburun ətrafında olduğu bildirilir. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, zəlzələ 3,6 bal gücündə baş verib. Yeraltı təkan İzmir şəhərində və ətraf bölgələrində hiss olunub.
Milli-mənəvi dəyərlər təbliğ olunur
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini media nümayəndələri, QHT sədrləri, politoloq və ictimai fəllarla birgə keçirib.
Astroloji proqnozlara maraq niyə azalır? - Səbuhi Rəhimli: “Falçılıq şeytan işidir”
“Görəsən, bu gün işlərim necə gedəcək?”, “Gün ərzində əlimə pul gələcəkmi?”, “Bəlkə, bu gün səfərə çıxmayım?”... Bu cür ifadələr çoxumuza tanışdır. Ya hansısa qəzeti vərəqləmək, ya da ekran qarşısında əyləşməklə ulduzların nə vəd edəcəyini səbirsizliklə gözləyən kəslərin olması heç kimə sirr deyil.
Yerevan Moskvaya üz döndərir: “Onlar özlərini düşmən kimi aparır”
Rusiyanın Azərbaycana əvvəllər imzalanmış müqavilərə uyğun olaraq yeni müasir silah göndərməsi Yerevanda təşviş doğurub. Rusiyanın Qafqazdakı siyasətindən narazı qalan ermənilərin sayı artır. “Ermənistan regionda balansı qorumaq və milli təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə razılaşmalarına yenidən baxmalıdır. Moskva Bakıya təsir imkanlarını saxlamaq üçün ona silah satır. Lakin bu addımın nəticələri barədə ciddi şəkildə düşünmür” – deyə Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Manvel Sarkisyan deyib. “Rusiya ilə Ermənistan arasında müqavilə imzalanan zaman rusların Azərbaycanı silahlandıracaqları nəzərdə tutulmamışdı. Lakin əgər Moskva Ermənistanın milli maraqlarına ziyan vuracaq siyasət yürüdür onda biz də bu ölkə ilə imzaladığımız müqavilələrə yenidən nəzər salmalıyıq”.
Yeni Zelandiyada GÜCLÜ ZƏLZƏLƏ
Sakit okeanda Yeni Zelandiya sahilləri yaxınlığında Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Kermadek adaları regionunda yerin 400 kilometrə yaxın dərinliyində qeydə alınıb. Təkanlarla bağlı sunami təhlükəsi barədə hələ məlumat verilməyib.
ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
ATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib
Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini dayandırdı
Rumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb. Rumıniyanın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.
“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar keçirilir
Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminarın açılış mərasimi keçirilib.
ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir
Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir. Bu barədə ABŞ Dövlət Departamentinin insan alveri ilə mübarizə barədə 2017-ci il üzrə hesabatında qeyd olunur. Bu hesabatda dünyanın 188 ölkəsində insan alveri ilə mübarizə ilə bağlı vəziyyət dəyələndirilir.
Mismarsız məscid: 800 ildir fəaliyyət göstərir - VİDEO
Türkiyənin Samsun vilayətinin Çarşamba bölgəsində yerləşən qədim məscid öz orijinal memarlıq üslubuna və yaşına görə seçilir. Məsələ bundadır ki, 800 illik tarixə malik olan taxta konstruksiyalı bu məscidin inşasında bir ədəd də olsa, mismardan istifadə olunmayıb.
"Qarabağ"ın oyunu canlı yayımlanacaq
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də "Samtredia"nı qəbul edəcək. Gürcüstan təmsilçisi ilə Bakıda baş tutacaq qarşılaşma canlı yayımlanacaq. Belə ki, matç "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa göstəriləcək.














