Rumıniyanın Azərbaycandakı səfirliyi bir sıra konsulluq xidmətlərini dayandırdı
Rumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb. Rumıniyanın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.
29 İyun 2017 12:21 SiyasətRumıniyanın Azərbaycandakı səfirliyi viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandırıb. Rumıniyanın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, bu məhdudiyyət 3 iyul tarixindən 11 avqust 2017-ci il tarixinədək keçərli olacaq.
Məlumata görə, bütün digər konsulluq xidmətləri üçün (vətəndaşlıq, vətəndaşlıq vəziyyəti haqqında sənədlər, notarial sənədlər, Rumıniyadan sənədlərin alınması və pasportlar) vətəndaşlar Rumıniyanın Gürcüstandakı səfirliyinə və ya bu ölkənin İstanbuldakı baş konsulluğuna müraciət etməlidir. Milli.az