Gündəm
Seçmə mərhələ yarışları keçiriləcək
1–9 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələsi yarışları keçiriləcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
“Qərbi Abşeron” yatağında yeni quyu qazılır
“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 6 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 750 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Xəzri” rəqs ansamblı hesabat konserti
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin “Xəzri” rəqs ansamblı hesabat konsertini təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsert Ramazan bayramına həsr olunub.
Bank Məcəlləsinin qəbuluna nə mane olur?
Son illər ölkənin maliyyə sektorunda arzuolunmaz proseslər yaşanmaqdadır. Xüsusilə, 2014-cü ildən etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bu mənfi tendensiya özünü büruzə verməyə başladı. Milli valyutanın dəyərinin Amerika dollarına nisbətən nəzərəçarpacaq dərəcədə aşağı düşməsi, bir-birinin ardınca baş verən kəskin devalvasiya ölkənin bank sektorunda zəlzələ effekti yaratdı. Yaranmış vəziyyətə, qarşıdakı müddətdə meydana çıxa biləcək hər hansı bir mənfi situasiyaya hazırlıqlı olmayan bir neçə bank fəaliyyətini dayandırdı, bəziləri ilə digər banklarla birləşmək yolunu tutaraq böhrandan çıxmaq istiqamətində çaba göstərdi. Etiraf edək ki, həmin dövrdə hökumətin atmış olduğu məqsədyönlü addımlar, eləcə də banklara göstərilən dəstək müəyyən mənada problemi minimuma endirmiş oldu. Hazırda da dövlət bank sektorunda vəziyyəti tam mənada qaydaya qoymaq üçün bəzi zəruri addımlar atır.
Avtoşlar hansı hallarda həbs edilə bilər?
Müntəzəm olaraq yol-nəqliyyat qaydalarını pozan, avtoxuliqanlıq edərək həm digər sürücülər, həm də sərnişinlərin həyatı üçün təhlükə yaradan avtomobil sahiblərinə qarşı reyd keçirilib, onlar barədə sərt tədbirlər görülsə də, lakin hələ də bu kimi neqativ hallara rast gəlinir. Müşahidə edilən mənzərə ondan ibarətdir ki, avtoxuliqanlıq edən şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri və cərimələr də yetərli deyil. Bunu cari ilin əvvəllərində müvafiq qurumların həyata keçirdiyi tədbirlər və bundan sonrakı müddət ərzində müşahidə edilən anoloji hallardan da aydın görmək mümkündür.
Növbədənkənar sessiya 16 məsələyə baxacaq
İyunun 30-da Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. “Olaylar” xəbər verir ki, artıq iclasın gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 16 məsələ daxildir. İclasda “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” (2-ci oxunuşda, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda) müzakirəyə çıxarılacaq.
Siyavuş Novruzov: “Bəzi gənclər universitetlərə təhsil almağa deyil, diplom üçün gəlirlər”
“Bəzən görürsən ki, gənclər universitetlərə təhsil almağa deyil, diplom almağa gedirlər”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib. O, bu kimi hallardan təəssüfləndiyini bildirib: “Elmlər namizədi, elmlər doktoru səviyyəsində təhsil alanlar da bəzən bunu diplom üçün edirlər.
"Liverpul" London klubundan futbolçu almaq istəyir
"Liverpul" gənc yarımmüdafiəçi Aleks Oksled-Çemberleyni transfer etmək fikrindədir. "Mersesaydlılar" ona görə 25 milyon funt ödəməyə hazırdır. Çemberleyn "Arsenal"la yeni müqaviləni razılaşdıra bilmir. London klubu ona həftəlik 80 min funt məvacib ödəmək istəyir. Müqaviləsi 2018-ci ilin yayında başa çatacaq ingilis havbek isə buna razı deyil. "Liverpul" onunla bağlı məsələni yaxından izləyir.
Tanınmış müğənni sətəlcəmdən öldü
Rusiyanın məşhur qrupu "Иванушки International"ın keçmiş solisti Oleq Yakovlev dünyasını dəyişib. Bu haqda onun xanımı Aleksandra Kuçevol xəbər verib. O, sosial şəbəkədə yazıb: "Həyatımın əsas kişisi, mənim mələyim, mənim xoşbəxtliyim. İndi mən neyniyəcəyəm sənsiz?"
Koçaryandan Putini qəzəbləndirəcək SÖZLƏR - İrəvan SƏKSƏKƏDƏ
Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb. S.Koçaryan Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən, Moskvanı tənqid edib. “Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir. Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk, lakin daha ona ümid etmək lazım deyil”, - deyə o bildirib.
Azərbaycan müğənniləri neçə minlik avtomobil sürür? - SİYAHI
Azərbaycanlı tanınmışların iştirak etdiyi "Maşın Şou" verilişindən sonra sənətçilərin hansı avtomobilə sahib olduqlarına dair suallar yaranmağa başladı. Bəzi məşhurlar, xüsusi ilə də müğənnilər bahalı avtomobili bir növ onların şöhrətinin, hətta gücünün göstəricisi kimi qəbul edir.
Yağış yağacaq, şimşək çaxacaq
İyunun 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
"Özgə uşağı olmur" sənədli filmi uğur qazandı
İyunun 28 –də Qazaxstanın Almata şəhərində keçirilən "Insights into development" beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi təmsil edir. Mərkəzin təqdim etdiyi “Özgə uşağı olmur” qısametrajlı sənədli filmi "CSO New Vision Award" beynəlxalq mükafatına layiq görülərək birinci yerin qalibi olub. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli “Olaylar” –a bildirib ki, “Konfransda mükafatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə iştirak edir və mükafatı mərkəz adına qəbul edib.”
Bakıda zorakılıq: qadını çığırda-çığırda maşına mindirdilər - VİDEO
Bakıda, "Dərnəgül yolu"nda biabırçı hadisə baş verib. Bu haqda hadisə şəhidləri məlumat verib. Onların sözlərinə görə, hadisə "Çermet" körpüsü deyilən ərazidə yaşanıb: "Yoldan keçirdik. Gördük ki, bir xanım kişi ilə mübahisə edib. Nəticədə xanım özünü avtomobildən çölə atıb. Sonra isə kişi xanımı zorla avtomobilə mindirib. Qadın qışqıraraq kömək istəsə də, heç kim yaxın durmayıb".
Bakı metrosunda ehtiraslı anlar - Gənclər özlərini "saxlaya" bilmədilər - VİDEO
Bakı metrosunda iki gəncin açıq-aşkar hər kəsin gözü qarşısında öpüşməsini əks etdirən yeni görüntülər yayılıb. Cütlüyün ətrafdakılara əhəmiyyət vermədən eskalatorda öpüşdüyü görünür. Video mediada yayıldıqdan sonra onların ünvanına çoxu sayda tənqid və təhqir yağıb.














