“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 6 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 750 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

"Qərbi Abşeron" yatağında 54 nömrəli stasionar dəniz özülündən 6 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyi "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 750 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31