“Xəzri” rəqs ansamblı hesabat konserti
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin “Xəzri” rəqs ansamblı hesabat konsertini təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsert Ramazan bayramına həsr olunub.
29 İyun 2017 13:20 MədəniyyətNizami Kino Mərkəzində Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin "Xəzri" rəqs ansamblı hesabat konsertini təqdim edib. Baş İdarədən "Olaylar" - a bildirilib ki, konsert Ramazan bayramına həsr olunub.
Konsertdə Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin direktoru Hacı Əliyev, Mədəniyyət və Turizm Baş İdarəsinin məsləhətçisi Vüsal Həsənov, mədəniyyət evlərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. Tanınmış müğənnilər Niyam Salami, Elza Seyidcahan, Orxan Babazadə, Yaşar Cəlilov, Rəsmiyyə Seyidcahan, Nuray Məhərov, Səbinə Əsgərova, Könül Şıxəliyeva, Dua Murad, Anar Rəhimli və C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdi, "22.Türk Dünyası Çocuk Şöleni" Səs yarışmasında III yerin qalibi Emin Məmmədovun ifasında səslənən mahnılar tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.
Həmçinin, İqtisad Universitetinin "Legend" rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdiriblər.