Bank Məcəlləsinin qəbuluna nə mane olur?

Son illər ölkənin maliyyə sektorunda arzuolunmaz proseslər yaşanmaqdadır.  Xüsusilə, 2014-cü ildən etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra bu mənfi tendensiya özünü büruzə verməyə başladı.  Milli valyutanın dəyərinin Amerika dollarına nisbətən nəzərəçarpacaq dərəcədə aşağı düşməsi, bir-birinin ardınca baş verən kəskin devalvasiya ölkənin bank sektorunda zəlzələ effekti yaratdı. Yaranmış vəziyyətə, qarşıdakı müddətdə meydana çıxa biləcək hər hansı bir mənfi situasiyaya hazırlıqlı olmayan bir neçə bank fəaliyyətini dayandırdı, bəziləri ilə digər banklarla birləşmək yolunu tutaraq böhrandan çıxmaq istiqamətində çaba göstərdi. Etiraf edək ki, həmin dövrdə hökumətin atmış olduğu məqsədyönlü addımlar, eləcə də banklara göstərilən dəstək müəyyən mənada problemi minimuma endirmiş oldu. Hazırda da dövlət bank sektorunda vəziyyəti tam mənada qaydaya qoymaq üçün bəzi zəruri addımlar atır.

Hökumətin bank sektorunda vəziyyəti normallaşdırmaq məqsədilə atdığı addımlar və nəzərdə tutduğu tədbirlər sırasında Bank Məcəlləsinin qəbulu da yer alır. Ancaq görünən odur ki, hələlik sözügedən məcəllənin qəbulu müəyyən səbəblərdən yubanır. Bəs görəsən Bank Məcəlləsinin qəbuluna nə mane olur? Yaxud dövlət başçısının bu barədə verdiyi tapşırığı kim yerinə yetirmir və bununla nəinki bank sistemi, ümumiyyətlə dövlətçiliyimizin nüfuzuna xələl vurur?.
Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, ilk dəfə cənab Prezident hələ 26 mart 2004-cü il tarixli Fərmanında İqtisadiyyat Nazirliyinə və Mərkəzi Banka "iki ay müddətində başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bank fəaliyyətində şəffaflığın təmin edilməsi və bütünlükdə bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması üçün Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər" deyə tapşırıq verib. Lakin bu tapşırıq icrasız qalıb: "Yəni belə çıxdı ki, dövlət başçısının tapşırığında sadalanan xüsusiyyətlər , "dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması", "bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması", "bank fəaliyyətində şəffaflığın təmin edilməsi" və "bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması",  hələ də yoxdur! Başqa sözlə, mənim bank sisteminə qarşı dəfələrlə dediklərim bilavasitə Prezident Fərmanından irəli gəlir. Üstündən düz 10 il ötdü və cənab Prezident 31 oktyabr 2014-cü il tarixli Sərəncamında Nazirlər Kabinetinə bir daha tapşırdı ki, "sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin". 2 il 8 ay ötüb, amma yenə də bu Məcəllədən xəbər-ətər yoxdur. İl yarımdır ki, bank sistemimiz Mərkəzi Bankla yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən idarə olunur. Deməli, Nazirlət Kabinetinə bu işdə məhz onlar yardım etməlidir. Niyə etməyiblər? Hanı layihə? Başa düşmürlər ki, bununla nəinki bank sisteminə, bütövlükdə dövlətə etimadı sarsıdır və hətta dövlət başçısına hörmətsizlik edirlər? Misli görünməyən bir şeydir: prezident 2 dəfə göstəriş versin və 13 il ərzində onu icra etməsinlər.  Bank sisteminin əsas qanunu (məcəlləsi) belə indiyədək hazırlanıb qəbul edilməyibsə, Rüfət Aslnlı hansı islahatlardan danışır?  İndi bank sisteminin nüfuzuna xələl vuran bütün bu problemləri konkret faktlarla üzə çıxaran mənəm, yoxsa cənab Prezidentin tapşırıqlarını icra etməyən məmurlar?". İqtisadçı onu da deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə düşən vəzifəni yerinə yetirmək  əvəzinə, onu "bank sahəsində aparılan islahatlara kölgə salmaq"da ittiham edir: "Mən bilmirəm söhbət hansı islahatlardan gedir. Çünki hətta Palatanın saytında belə bu islahatların nədən ibarət olması haqda heç bir məlumat yoxdur. Məlum olan isə yalnız odur ki, dövlət başçısı 2 dəfə  Bank Məcəlləsi layihəsinin hazırlanmasını tapşırıb, amma hələ də sözügedən Məcəllə haqda səs-səmir yoxdur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31