"Özgə uşağı olmur" sənədli filmi uğur qazandı
İyunun 28 –də Qazaxstanın Almata şəhərində keçirilən "Insights into development" beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi təmsil edir. Mərkəzin təqdim etdiyi “Özgə uşağı olmur” qısametrajlı sənədli filmi "CSO New Vision Award" beynəlxalq mükafatına layiq görülərək birinci yerin qalibi olub. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli “Olaylar” –a bildirib ki, “Konfransda mükafatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə iştirak edir və mükafatı mərkəz adına qəbul edib.”
29 İyun 2017 12:51 Sosialİyunun 28 -də Qazaxıstanın Almata şəhərində keçirilən "Insights into development" beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi təmsil edir. Mərkəzin təqdim etdiyi "Özgə uşağı olmur" qısametrajlı sənədli filmi "CSO New Vision Award" beynəlxalq mükafatına layiq görülərək birinci yerin qalibi olub.
Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli "Olaylar" -a bildirib ki, "Konfransda mükafatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə iştirak edir və mükafatı mərkəz adına qəbul edib."
"Olaylar" - a açıqlamasında Vasif bəy hazırda yeni layihə üzərində çalışdığını bildirdi. "Yaxın günlərdə uşaqlardan ibarət xor qrupunun maraqlı layihəsi olacaq" - deyə, qeyd etdi.
Xatırladaq ki, "Özgə Uşağı Olmur" sənədli filminin ideya müəllifi və layihə rəhbəri Vasif Akiflidi.