Avtoşlar hansı hallarda həbs edilə bilər?

Müntəzəm olaraq yol-nəqliyyat qaydalarını pozan, avtoxuliqanlıq edərək həm digər sürücülər, həm də sərnişinlərin həyatı üçün təhlükə yaradan avtomobil sahiblərinə qarşı reyd keçirilib, onlar barədə sərt tədbirlər görülsə də, lakin hələ də bu kimi neqativ hallara rast gəlinir. Müşahidə edilən mənzərə ondan ibarətdir ki, avtoxuliqanlıq edən şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri və cərimələr də yetərli deyil. Bunu cari ilin əvvəllərində müvafiq qurumların həyata keçirdiyi tədbirlər və bundan sonrakı müddət ərzində müşahidə edilən anoloji hallardan da aydın görmək mümkündür.

Sürət yarışı təşkil edənlər bu cəza ilə üzləşəcəklər

Müntəzəm olaraq yol-nəqliyyat qaydalarını pozan, avtoxuliqanlıq edərək həm digər sürücülər, həm də sərnişinlərin həyatı üçün təhlükə yaradan avtomobil sahiblərinə qarşı reyd keçirilib, onlar barədə sərt tədbirlər görülsə də, lakin hələ də bu kimi neqativ hallara rast gəlinir. Müşahidə edilən mənzərə ondan ibarətdir ki, avtoxuliqanlıq edən şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri və cərimələr də yetərli deyil. Bunu cari ilin əvvəllərində müvafiq qurumların həyata keçirdiyi tədbirlər və bundan sonrakı müddət ərzində müşahidə edilən anoloji hallardan da aydın görmək mümkündür. Belə ki, cari ilin əvvəllərində Bakıda ictimai asayişin və təhlükəsizliyin nümunəvi qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) ərazi polis orqanları ilə birlikdə keçirdiyi kompleks tədbirlər və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 1700, o cümlədən kobud qayda pozuntusuna yol vermiş 161 sürücü barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 13 nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 139 nəqliyyat vasitəsi müəyyən edilib. Həmçinin avtomaşını sərxoş halda idarə edən 20, eləcə də parklanma qaydalarını pozmuş 991 sürücü, bir avtoxuliqan və yolu müəyyən olunmamış yerdən keçən 854 piyada barəsində müvafiq tədbir görülüb. Ancaq yuxarıda qeyd etdiyimiz kimi görülən bu və ya digər tədbirlərə rəğmən paytaxt küçələrində hələ də avtoxuliqanlıq edərək avtomobilini yol-nəqliyyat hərəkəti qaydalarına uyğun olmayan tərzdə idarə edən şəxslər var və onlar hər an ətrafdakılar üçün ciddi təhlükə yaradırlar.  Elə bu səbəbdən də bir çoxları kobud şəkildə avtoxuliqanlıq edən şəxslərin daha sərt tədbirlərlə cəzalandırılması və hətta belə şəxslərin həbs edilməsi təşəbbüsü ilə çıxış edirlər.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, avtoxuliqanlıq edən şəxs cərimə və ya həbs edilə bilər. Onun sözlərinə görə,  inzibati xətalar məcəlləsinə əsasən, avtoxuliqanlıq edən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan, yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur: "Avtoxuliqanlığa görə cəza almış və cəza aldığı gündən bir il ərzində yenidən avtoxuliqanlıq etmiş şəxs isə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur". Asif Abdullayev qeyd edib ki, avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab edilir: "Avtoxuliqanlıq iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə  nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Yaxud nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31