Gündəm
Qətər Fars körfəzi ölkələri ilə bütün layihələri dayandıra bilər
Qətər Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurası ilə bütün layihələri dayandıra bilər. Belə qərarın Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin Qətərə qarşı əsassız ittihamlarla çıxış etməsi ilə əlaqədar qəbul edildiyi bildirilir.
Vatikanın xəzinədarı uşaqbazlıqda suçlanır
Roma Katolik Kilsəsinin iqtisadi və maliyyə məsələləri üzrə katibliyinin rəhbəri, avstraliyalı kardinal, 76 yaşlı Corc Pell uşaqbazlıqda və yetkinlik yaşına çatmamışlara təcavüzdə suçlanır. Avstraliyanın Viktoriya əyalətinin polis departamentinin yetkilisi Şeyn Pattonun dediyinə görə, kardinal Corc Pellə bir neçə ittiham irəli sürülüb: "Onun məhkəmə prosesi iyulun 18-də Melburn Magistrat Məhkəməsində başlayacaq". Corc Pell Vatikanda Papa 1-ci Fransiskdən sonra üçüncü adam sayılır.
ABŞ senatı “Kasperski” antivirusundan istifadənin qadağasını tələb edir
ABŞ senatı Rusiyaya məxsus antivirusdan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib. AzərTAc xəbər verir ki, silahlı qüvvələr üzrə komitənin məlumatına görə, “Kasperski Laboratoriyası” kompaniyasının proqram təminatı Rusiya hökumətinə Amerikanın hərbi qurumunun işinə müdaxilə etməyə imkan verir.
NATO müdafiə nazirlərinin görüşü keçirilir
İyunun 29-u Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək. Görüşün gündəliyində alyansın müdafiə xərclərinin genişləndirilməsi, Rusiyaya qarşı tədbirlərin həyata keçirilməsi, həmçinin, Əfqanıstanda xidmət keçmək üçün 4 min əsgər ayrılması barədə müzakirələr aparılacaq. Görüş çərçivəsində 3 çərçivə sazişlərinin imzalanması nəzərdə tutulur.
13 ağır şərt və cəmi 5 gün vaxt...
Fars körfəzinin ərəb dövlətləri tərəfindən Qətərə qarşı irəli sürülmüş 13 şərtdən ibarət tələbə əməl etmək üçün ayrılmış vaxtın bitməsinə 1 həftədən də az vaxt qalıb. Əgər Qətər həmin tələbləri yerinə yetirməsə bu ölkəyə qarşı körfəz ölkələri tərəfindən tətbiq edilmiş iqtisadi və siyasi sanksiyaların daimi xarakter alacağı ehtimalı getdikcə artır.
Erməni müğənni azərbaycanlıların restoranında konsert verəcək
Moskvada azərbaycanlılara məxsus "Bakinski dvorik" restoranında erməni müğənninin konserti keçiriləcək. İyunun 30-da baş tutacaq konsertdə erməni şanson, daha çox Boka adıyla məşğul olan Boris Davidyan çıxış edəcək. Konsert "Bakinski dvorik"lər şəbəkəsinin "Sokolniki" metro stansiyası yaxınlığındakı restoranında baş tutacaq. Bu konsertdən sonra erməni müğənni şəbəkənin Moskvada yerləşən digər restoranlarında çıxış edəcək.
Sabah Messinin toyudur: 260 şəxsi təyyarə, 300 mühafizəçi
"Barselona"nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toyuna son hazırlıqlar görülür. Leonun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar.
22 yaşlı xanım çempionumuzun faciəvi şəkildə öldüyü qəzanın görüntüləri YAYILDI - İ VİDEO - YENİLƏND
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə həlak olub. Verilən məlumata görə, idmançı dünən avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında R. Məmmədovanı maşın vurub.
Təcili tibbi yardım maşını qəzaya düşdü: yaralılar var
Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.
"Qəbələ"nin yeni transferi: "Hər şey məndən asılıdırsa..."
"Qəbələ"yə keçidimin "Reyncers" karyeramın sonu olmadığına ümid edirəm. Bunu zaman göstərəcək. Bu sözləri "Qəbələ"nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey deyib.
“Adajio” mövsümə yekun vuracaq
İyulun 8 – də Dövlət Pantomima Teatrında Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya məxsusdur. “Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.
Sarkisyan etirazla qarşılandı
Ermənistan prezidenti Serj Sarkisyan hökümət binasına gələn zaman "sürpriz"lə qarşılaşıb. Sarkisyan binaya daxil olarkən bir qrup etirazçı hökumət binasının qarşısına toplaşıb. Onlar etirazlarını Sarkisyana çatdırmaq istəyiblər.
Poroşenko Krım barədə tapşırıq verdi
Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı layihəni hazırlamağı tapşırıb. Bu haqda Ali Radanın deputatı Yuri Çijmar deyib. “Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar ölkənin tərkibində mövcud ola bilməz”, - parlament üzvü bildirib.
Natiq Əliyevi kim əvəz edir?
Hazırda mərhum energetika naziri Natiq Əliyevi heç kim əvəz etmir. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib. Qurum rəsmisi bildirib ki, nazirliyin işi əvvəlcədən planlı şəkildə qurulub: "Nazir müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov öz istiqamətləri üzrə işləri davam etdirirlər. Bu istiqamətlər üzrə də heç bir problem yoxdur". Yeni nazir təyinatına gəlincə, Z.Əliyeva bu məsələnin ölkə başçısının səlahiyyətində olduğunu bildirib.
26 kondisioner oğurlayan tutulub
İyunun 22-də Tovuz rayonunun Bozalqanlı kəndindəki Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs tutulub. Abaşdırma zamanı oğurluğu həyata keçirənin Gəncə şəhər sakini Tahir Orucov olduğu müəyyən edilib.














