Poroşenko Krım barədə tapşırıq verdi

Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı layihəni hazırlamağı tapşırıb. Bu haqda Ali Radanın deputatı Yuri Çijmar deyib. “Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar ölkənin tərkibində mövcud ola bilməz”, - parlament üzvü bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı layihəni hazırlamağı tapşırıb. Bu haqda Ali Radanın deputatı Yuri Çijmar deyib. "Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar ölkənin tərkibində mövcud ola bilməz", - parlament üzvü bildirib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Moskva yarımadanın referendumun nəticəsinə görə Rusiyaya birləşdirildiyini iddia edir. Qərb isə ilhaqı tanımayacağını bildirir. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31