22 yaşlı xanım çempionumuzun faciəvi şəkildə öldüyü qəzanın görüntüləri YAYILDI - İ VİDEO - YENİLƏND

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə həlak olub. Verilən məlumata görə, idmançı dünən avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında R. Məmmədovanı maşın vurub.

Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı təsdiq edib.

O bildirib ki, idmançı dünən axşam saatlarında avtomobil qəzasında dünyasını dəyişib: "Hadisə barədə bu gün səhər saatlarında məlumat əldə etmişik. Zığ şossesində baş verib. Reyhan Məmmədova yolu keçərkən onu avtomobil vurub. Rəssamlıq Akademiyasını bitirmişdi, 22 yaşı var idi".
R.Məmmədova tanınmış idmançı İlqar Məmmədovun qızıdır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31