Gündəm
Səlcuq Şəhbazi: “Məhərrəm Qasımlı “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə çalışır”
İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazi tərəfindən redaksiyamıza Azərbaycan Aşıqlar Birliyinə qarşı ittihamlarla dolu müraciət daxil olub. Müraciətdə bildirilir ki, Azərbaycan Aşıqlar Birliyinə yeni təyin olunan sədr Məhərrəm Qasımlı “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə çalışır: “Biz İranda çox böyük çətinliklə Aşıqlar Birliyi yaradanda sevinirdik ki, Azsərbaycan Aşıqlar Birliyi bizə dəstək olacaq, əl-ələ verib birlikdə bu sənəti qabağa aparacağıq.
Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib
Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib. Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib".
Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı
Bakının Görədil qəsəbəsində yerləşən "Abşeron Marina" restoranında müştərilər aldadılırlar. Bu haqda həmin restorana müştəri kimi gedən Tural Əliyev adlı vətəndaş deyib. Onun dediyinə görə, restoranda səslənən musiqiyə görə onlardan 32 manat əlavə pul alınıb: "Biz ailəlikcə "Abşeron Marina" restoranına getdik. Hesabı istəyəndə isə hamımız şoka düşdük. Hesabımıza əlavə 32 manat yazılmışdı, buna səbəb isə orada səslənən musiqi idi".
Putin Türkmənistana səfər edəcək
Rusiya prezidenti Vladimir Putin Türkmənistana səfər edəcək. Bu barədə prezidentin köməkçisi Dmitri Peskov deyib. Onun söpzlərinə görə, səfərin tarxini hələ dəqiqləşməyib.
Gigiyena və Epidemiologiya Mərkəzi qarpızdan zəhərlənməni inkar edir
İyunun 27-də yerli KİV-lərdə Tovuz rayonunun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlunun yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yer alıb. Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Erməni milyonçunun "avtoş" qızı həbs olundu - VİDEO
Moskvada məhkəmə avtoxuliqanlıqla ad çıxarmış Mara Baqdasaryan həbs olunub. Moskvada Mercedes-Benz Gelandewagen avtomobili ilə yarışan "avtoş" (küçə yarışçısı) Mara Baqdasaryan cərimələrdən yayındığına görə məhkəmə tərəfindən ictimai işlərə cəlb olunmuşdu. M.Baqdasaryan isə ictimai işlərdən boyun qaçırdıb. O, küçələri süpürməli idi.
Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutuldu
Qaxda narkotik tərkibli bitkiləri əkib becərən ailə üzvləri saxlanılıb. Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər. Keçirilmiş tədbir zamanı Balakən rayonun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev, atası 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.
Azərbaycanda "Petya" virusu təhlükəsi var?
Azərbaycan dövlət strukturlarından "Petya" virusu ilə bağlı şikayətlər daxil olmayıb. Bu barədə özəl olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib. Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış "WannaCry" virusu kimi yayılır: "Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb".
Ermənistan Suriya qaçqınlarından öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə edir
Hazırda dünyanı cənginə alan iqtisadi tənəzzül miqrant və qaçqın problemini gündəmə gətirib. Günü-gündən sayları artan miqrant və qaçqın axını hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə həlli mümkün olmayan məsələyə çevrilib. Hətta ən mötəbər beynəlxalq təşkilatlar sözügedən problemin həllində acizlik nümayiş etdirilər. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA yay sessiyasında miqrant və qaçqın problemini gündəmə gətirilib. Maraqlıdır, beynəlxalq təşkilatlar miqrant və qaçqın probleminin həllində hansı rolu oynaya bilər?
Mövsüm “Yarımçıq qalmış”la yekunlaşdı...
Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son tamaşası göstərilib. Teatrdan “Olaylar” – a bildirilib ki, Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanna “Yarımçıq qalmış” adlı tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.
Rusiyanın regional maraqları yeni mərhələdə
Rusiya ətraf regionlarda, eləcə də Yaxın Şərqdə mövqelərinin möhkəmləndirilməsi, bu bölgələrdə maraqlarının təmin olunması istiqamətində fəaliyyətini intensivləşdirib. Qərbin, xüsusilə də NATO-nun Rusiyanın sərhədlərinə doğru sürətlə irəliləməsini özü üçün təhdid hesab edən Moskva bu təhdidi aradan qaldırmaq, gələcək təhlükələri önləmək üçün indi daha çox müasir texnologiyaların imkanlarından yararlanmağı qərara alıb.
Yaxın Şərqdəki böhranın həlli yolları
Bu gün Yaxın Şərq dünyanın ən qaynar nöqtələrindən birinə çevrilib. Regiona nəzarət uğrunda başqa Qərb olmaqla dünyanın supergüclərinin apardığı mübarizə regiona ölkələrində çoxsaylı insan tələfatı, ayrl-ayrı ölkələrdə xaos və anarxiyaya yol açır. Görünən odur ki, hələ yaxın 10 illərdə də regiona sabitlik gətirmək mümkün olmayacaq. Çünki sabitlik yaradılması üçün silahlar susmalı və diplomatiya dövriyyəyə girməlidir. Elə siyasi təhlilçi Aysel Vəliyeva da bu qənaətdədir.
“25 ildən artıqdır ölkəmizdə hər 10 nəfərdən biri qaçqın, yaxud məcburi köçkündür”
İyunun 25-dən start götürən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası gərgin iş rejimi ilə gündəmi zəbt edib. Xüsusilə, müzakirəyə çıxarılan Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya qarşı mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Avropada miqrasiya və qaçqın böhranına qarşı siyasi və humanitar reaksiyalar, Avropanın inkişafı üçün miqrasiyanın yaratdığı imkanlar, Avropada sosial hüquqların gücləndirilməsi mövzularında aparılan fikir mübadilələri gərginliyi ilə diqqəti cəlb edib. Onu da qeyd edək ki, sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək, Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə güclü sahibkarlıq institunun formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir.
Rusiya Azərbaycana daha 15 “Tank qatili” göndərəcək
Rusiya iyunun 25-də Azərbaycana ən azı 12 “Xrizantema-S” tank əleyhinə idarəolunan raket kompleksi göndərib. Virtualaz.org xəbər verir ki, bu barədə Londonda mənzillənmiş, hərbi və təhlükəsizlik mövzuları üzrə ixtisaslaşmış “Jane's Defence Weekly” bildirir. Xəbərin müəllifi isə jurnalın erməni əməkdaşı Eduard Abramyandır.














