Gündəm
“Yaramaz Mən 3” Azərbaycan dilində təqdim olundu
Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz Mən 3” (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Park Cinemadan “Olaylar” – a bildirilib ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.
Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar
İyunun 29 – da Qərb Universitetində “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, tədbirdə Türkiyənin İstinye Universitetinin İnsan Resursları direktoru Eda Ustanın, İstinye Universitetinin rektor yardımçısı Göksel Aşanın, “Loqos” Psixoloji və Nitq Mərkəzinin direktoru Təranə Məmmədovanın, “Üstün zəkalılar” İnkişaf və Psixologiya Mərkəzinin direktoru Aynur Akmeşenin və Eros Psixologiya Mərkəzinin direktoru Vəfa Əkbərin çıxışları dinlənilib. Seminarda tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” və Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov “Doğru ixtisas seçimi” mövzularında təqdimatlar ediblər.
YUNUS OĞUZDAN 30 İyun- Sevgililər gününə
Sağ olsunlar İlham Tumas və Rey Kərimoğlu! Bizləri bir yerə topladılar. Çoxdan görmədiyimiz insanlarla görüşdük, dərdlərimizi bölüşdük, bu günün problemindən danışdıq. Tədbirdə qırx-əlli nəfər iştirak edirdi. Əksəriyyəti də tanınmış millət vəkilləri, yazıçılar, şairlər, qazilər, onların həyat yoldaşları, ailələri.
“Özümü Qarabağ məktəbinin nümayəndəsi hesab edirəm”
Uşaqlığımdan səsim olub. Ailədə demək olar ki, hamının səsi var idi. Məktəb illərində bütün tədbirlərdə ifa edirdim. Məktəbi bitirdikən sonra Tibb Universitetinə hazırlaşırdım. Atamın da, özümün də arzum həkim olmaq idi. Uşaq vaxtı valideynlərim məni tara qoymaq istəyirdilər. Müharibə illərinə təsadüf etdiyi üçün onların bu istəyi alınmadı. Daha sonra İncəsənət Universitetinə imtahan verdim.
89-cu teatr mövsümünün “Sima”sı təqdim olunacaq
Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar. Teatrdan “Olaylar” – a bildirilib ki, ilk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək.
Arif Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanlı modelin olduğu yaxta aşdı - MEYİTİ TAPILDI - YENİLƏNİB
Bakıda dənizdə batan modelin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Günel Mirzəyevanın meyiti iyunun 29-da səhər saatlarında aşkar edilərək sudan çıxarılıb.
Prezident cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsini MM-ə təqdim edib
Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi Azərbaycan prezidenti İlham Əliyevtərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir: Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.
Hacı Quliyev doğum günü uşaqlara həsr etdi
Bu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi vitse- prezidenti, Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri, tanınmış ictimai xadim Hacı Quliyev doğum gününü özünəməxsus şəkildə qeyd edir.
“Anamın məktubu” tamaşası təqdim olunacaq
İyunun 30 – da S.Bəhlulzadə adına Mədəniyyət Sarayında “NUR” yaradıcı gənclər teatrının təqdimatında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında qurulmuş “Anamın məktubu” tamaşasının təqdimatı keçiriləcək.
“Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiya işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest janrı” monoqrafiyası işıq üzü görüb.
Naxçıvana dair əlyazma mətnlərindən bəhs edən ilk monoqrafiya
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı yeni monoqrafiyası işıq üzü görüb.
Azərbaycanlı şagirdlərdən növbəti uğur
Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, olimpiadada Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri iştirak edib. Azərbaycan bu elm yarışında 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə təmsil olunub. “İstək” liseyinin 9-cu sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov olimpiadanın bürünc medalına layiq görülüblər.
Macarıstan Beynəlxalq Türk Akademiyasında təmsil olunmaq istəyir
Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edən Macarıstanın Xarici işlər və Xarici ticarət naziri Peter Siyyarto (Peter Szijjarto) ölkəsinin Akademiyaya tam müşahidəçi statusu əldə etməsi üçün rəsmi müraciət edib. “OLAYLAR” -a daxil olan məlumata görə, görüşdə Xarici işlər və xarici ticarət naziri ilə birlikdə dövlət katibi İştvan Mikola (İstvan Mikola), dövlət katibinin yardımçısı Zolt Çutora (Zsolt Çutora), nazirliyin Mərkəzi-Şərqi Avropa və Orta Asiya ölkələri idarəsinin rəhbəri Viktor Sederkini, Macarıstanın Astanadakı səfiri Andraş Barani ve Qazaxıstanın Budapeştdəki səfiri Rüstem Nurbahov iştirak eiblər.
Universitetlərin fəaliyyəti necə kommersiyalaşacaq?
Son vaxtlar ali təhsil müəssisələrinin yenidən təşkili, onların kommersiyalaşması əsas diqqət mərkəzində olan məsələlərdəndir. Hətta dövlət başçısı bir neçə ali təhsil müəssisəsinin yenidən təşkili ilə bağlı sərəncam da imzalayıb. Bu gün isə təhsili naziri bildirib ki, universitet və elmi tədqiqat institutları innovativ olmağa çalışır. Nazir əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir.














