Arif Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
29 İyun 2017 15:40 SiyasətPrezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Arif Akif oğlu Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısıdır. AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31