“Yaramaz Mən 3” Azərbaycan dilində təqdim olundu
Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz Mən 3” (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Park Cinemadan “Olaylar” – a bildirilib ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.
29 İyun 2017 15:55 Teatr və kinoUşaqların və böyüklərin sevimli filmi "Yaramaz Mən 3" (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Park Cinemadan "Olaylar" - a bildirilib ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər.
Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.
Dominos Pizza, Shokki Mokki və Super Milkynin dəstəyi ilə keçirilən media nümayişində qonaqlar əvvəlki serialardan fərqli olaraq, "Yaramaz Mən" 3-cü hissəsinin daha maraqlı və gülməli olduğunu qeyd ediblər.
Qeyd edək ki, film 29 iyundan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.