89-cu teatr mövsümünün “Sima”sı təqdim olunacaq

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar. Teatrdan “Olaylar” – a bildirilib ki, ilk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək.

Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar. Teatrdan "Olaylar" - a bildirilib ki, ilk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək.

"Ən yaxşı tamaşa", "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı", "Mövsümün seçilən aktyoru", "Teatrın dostu", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün məhsuldar aktyoru" və digər nominasiyalar üzrə təyin olunmuş qaliblər mövsümün sonunda təltif olunacaqlar.

Məlumat üçün bildirək ki, "Sima" mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31