Hacı Quliyev doğum günü uşaqlara həsr etdi

Bu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi vitse- prezidenti, Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri, tanınmış ictimai xadim Hacı Quliyev doğum gününü özünəməxsus şəkildə qeyd edir.

Bu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi vitse- prezidenti, Dünya Gənclər Təşkilatlarının Azərbaycan üzrə rəhbəri, tanınmış ictimai xadim Hacı Quliyev doğum gününü özünəməxsus şəkildə qeyd edir.

Bu barədə ictimai xadimin mətbuat katibi Fuad Mədətov "Olaylar" - a   açıqlamasında bildirib ki, H.Quliyev doğum gününü uşaq evində keçirib. O, belə bir addımı uşaqlara olan məhəbbəti hesabına atıb: "Vətənimizin gələcəyi uşaqlardı. Onlar bu gün bizim üçün adi uşaq ola bilər, amma göstrəcək ki, onların arasında neçə-neçə savadlı, cəmiyyətə layiqli vətəndaşlar çıxacaq. Məhz bu səbəbdən uşaqlara qarşı laqeyd qala bilməzdim və doğum günümü onlara həsr etdim".

Qeyd edək ki, H.Quliyev 2016-cı ildə də bunabənzər addım ataraq, doğum gününü qeyd etməkdən imtina etmişdi. O, qardaş ölkədə, Türkiyənin metropolu olan İstanbulda yerləşən Atatürk Hava Limanında törədilmiş amansız terror aktına görə doğum günü tədbirini keçirməyərək, terrora qarşı aksiyasıyla sosial şəbəkələrdə silsilə yayımlar etmişdi. Bu jesti həm Azərbaycan, həm də Türkiyə mətbatında geniş şəkildə işıqlandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31