Gündəm
Mənzil-tikinti kooperativlərinin fırıldaqlarının qarşısı alınacaq
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə hazırlaşır.“Olaylar” xəbər verir ki, bu barədə açıqlamasında ƏMDK-in İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin (MTK) bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır: “Bunun üçün bina tikilməzdən öncə ordakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək. Yəni, bəri başdan bilinəcək ki, ev kimindir.
Əmək Nazirliyi tərəfindən daha 110 nəfər əlilliyi olan şəxs istirahətə göndərildi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan daha 110 nəfər istirahətə yola salınıb. Onlardan 60 nəfəri Xaçmaz, 50 nəfəri isə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
Avropa, AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir
Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan edib və terrorçuları qəhrəman elan edərək, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırıb.
"Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir"
"Ermənistan Azərbaycan dövlətinə qarşı bütün terror növlərini, o cümlədən ekoloji, mədəni, humanitar terror törətməklə bu gün dəyəri milyard dollarla ifadə olunan ziyan vurub. Təəssüf ki, Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də imtina etmir və bu istiqamətdə fəaliyyətini davam etdirir". Bunu SİA-ya açıqlamasında bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı qurumun komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına medallar təqdim edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Daxili İşlər Nazirliyinin bir qrup zabitinin rütbələri artırıldı
Mosul şəhəri İŞİD-dən tam azad olundu
Mosul şəhəri İŞİD terror qruplaşmasından tamamilə azad olunub. Bu barədə İraqın dövlət teleşirkəti məlumat yayıb.
Strateji Tədqiqatlar Mərkəzi: Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi olaraq qalmalıdır
Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi olaraq qalmalıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirməlidir. Bu barədə Rusiyanın Strateji Tədqiqatlar Mərkəzinin hesabatında deyilir. Hesabatda qeyd olunur ki, postsovet məkanında bir neçə dondurulmuş münaqişə mövcuddur. Ekspertlərin fikrincə, Rusiya bu münaqişələrdə vasitəçi olaraq fəaliyyətini davam etdirməli və Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Dnestryanı problemin həlli layihəsinin müzakirəsini bərpa etməlidir.
MTN əməkdaşı adı ilə 1 milyon manat dələduzluq edən qadıının məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manat dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ərdoğan Almaniyada həmvətənləri qarşısında çıxış etmək istəyir, qarşı tərəf isə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı Almaniyada yaşayan həmvətənləri qarşısında çıxış etmək niyyətindədir. Bunu Rusiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nazir qeyd edib ki, Almaniya tərəfi iyunun 28-də Ankaradan müvafiq rəsmi sorğu alıb.
Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı
Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri - RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib. İşdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri - RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.
Azərbaycanda bakirəliyin bərpası: harada, necə, neçəyə?
"İnciməyin, amma telefonunuza baxa bilərəm?" Danışığın düz ortasında, üzümə zəndlə baxandan sonra verdi bu sualı. Tez cibimdəki telefonu çıxarıb, masaya qoydum. "Lap yaxşı, elə bildim, səs yazırsız... Bir də görürsüz nazirlik adam göndərir, mediadakı mərdimazarlar gəlir. Ona görə bilmək istədim. Çox sual verdiz axı..."
Bakıda hava limanında şübhəli çanta: rentgen aparatı cinayəti aşkarladı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.
Hərənin öz arşını mənzil bölgüsünə tətbiq olunsunmu?
Qarşıda Azərbaycan mediası üçün ciddi bir sosial akt gözləntisi var - Milli mətbuat günü 256 həmkarımız mənzilsizliyə yox deyəcək və ya ağır mənzil şəraitini yaxşılaşdıracaq. İlk dəfə bu aktın həyata keçirildiyi 2013-də olduğu kimi yenə də mənzillərin bölgüsünə media ictimaiyyəti bilavasitə cəlb edilib. Redaksiyalar özləri müzakirə apararaq mənzilə daha çox ehtiyacı, haqqı, media və dövlət qarşısında xidmətləri olan əməkdaşlarını müəyyən edir, adlar açıqlayır. Jurnalist ictimaiyyətinin yaxşı tanıdığı şəxslərdən ibarət komissiya təşkil edilib, komissiya üzvləri ölkənin media adını daşıya biləcək bütün KİV-lərində redaksiyadaxili müzakirələrdə iştirak ediblər.
Nəsimi rayon ictimaiyyəti cəbhə bölgəsində Silahlı Qüvvələr gününü qeyd etdilər
Nəsimi rayon ictimaiyyəti cəbhə bölgəsində xidmət edən əsgərlərlə 26 İyun - Silahlı Qüvvələr gününü və Ramazan bayramını qeyd etdilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.














