Gündəm

Xaricdə təcrübə keçən gənc alimlər Azərbaycan elminə mühüm töhfələr verəcək

29 İyun 2017 17:27

AMEA-nın İdarəetmə Sistemləri, Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Coğrafiya, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutları, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları xarici ölkələrdə təcrübə keçiblər. Alimlər ABŞ, Almaniya, Fransa, Tayvan, Polşa və Türkiyədə keçirilən təqaüd proqramları, təlimlər, həmçinin müxtəlif layihələrdə iştirak ediblər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə xaricdə təcrübə keçmiş gənc tədqiqatçılarla görüşüb.

Təbrizli aktyor  “999-cu gecə” - də

29 İyun 2017 17:22

 Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Musiqili Teatrının repertuarında uğurla oynanılan SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, Camal Saqinejad tamaşada Şah obrazını canlandıracaq. Artıq məşqlərə başlayan aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib. “Bu mənim Azərbaycan teatrında ilk işim olmayacaq. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” sizin izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılandı. Azərbaycanda teatra, sənətə, ümumilidə mədəniyyətə xüsusi bir diqqət və qayğı var.

Bakcell Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş yarış keçirib

29 İyun 2017 17:09

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş atıcılıq üzrə yarış keçirib.

Olimpiya çempionumuz Toğrul Əsgərov Türkmənistanı təmsil edəcək - İDDİA

29 İyun 2017 17:07

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasının şərəfini qoruyacağına dair iddia ortaya atılıb. Bu barədə 25 yaşlı pəhləvana məxsus "Facebook" səhifəsi vasitəsilə paylaşım edilib. 

ABŞ-dan yeni kəşf: Tibdə iynə dövrü geridə qalır

29 İyun 2017 17:00

ABŞ-ın Milli Səhiyyə İnstitutunun maliyyə dəstəyi ilə "Emori Universiteti" və "Georgia Texnologiya İnstitutu"nun birgə layihəsi maraqla qarşılanıb. Mütəxəssilər tərəfindən hazırlanan lentşəkilli peyvənd iynələri inkişaf etdirilib. Lentin üzərində standart peyvəndlərdə istifadə edilən iynələrin yerinə çoxsayda kiçik, tük şəkilli mikro iynələr qoyulub. Xüsusilə iynədən qorxan insanlar üçün hazırlanan layihə peyvənd olunmayan insanların sayının azalmasına təsir göstərəcək.

“QHT-lərin mədəniyyətin davamlı inkişafında rolu” müzakirə edilib

29 İyun 2017 16:56

Mədəniyyət və Turizm Nazirliyinin QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə “Qeyri-hökumət təşkilatlarının mədəniyyətin davamlı inkişafında rolu” mövzusunda İsmayıllı şəhərində regional müşavirə keçirilib.

Azərbaycanlı idmançıə rinqə “Qarabağ Azərbaycanındır” şüarı ilə çıxacaq

29 İyun 2017 16:57

İyulun 1-də İstanbulda Dünya Çempionlar King Boks Gecəsi keçiriləcək. “OLAYLAR”-a Beynəlxalq Diaspora Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq. Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək.

İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

29 İyun 2017 16:55

Mədəniyyət və Turizm Nazirliyi və İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən 3-9 iyul tarixində qonşu ölkədə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

“Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub

29 İyun 2017 16:54

Xristianların Azərbaycandakı zəngin tarixi irsini və ənənələrini işıq üzünə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant ənənələri təbliğ etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin Dini təhsil sektorunun müdiri Anar Əlizadədir.

AzTU Fransa universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

29 İyun 2017 16:51

İyunun 29-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artiba, universitetin vitse-prezidenti Sebastien Grondel və Beynəlxalq Münasibətlər şöbəsinin rəhbəri Maria Gonzales ilə görüşüb.

Dərman vasitələrinin qiymətinin tənzimlənməsi doğru qərardır

29 İyun 2017 16:50

“Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox təqdirəlayiq haldır. Ötən dövrdə müşahidələr bu qərarın doğru olduğunu bir daha təsdiqləyir. Əvvəllər ayrı-ayrı apteklərdə eyni dərmanlar fərqli qiymətə satılırdı. Bunun üçün isə heç bir əsas yox idi”.

Oğurluqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb

29 İyun 2017 16:48

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 27-də Ş.Qurbanov küçəsindəki mağazalardan birindən qapını sındırmaq yolu ilə 380 manat pul və mobil telefon oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub.

Qətldə şübhəli bilinən şəxs tutulub

29 İyun 2017 16:48

Astara rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Sumqayıt Şəhər Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.

Paytaxt sakinindən 7,5 kq marixuana götürülüb

29 İyun 2017 16:45

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1, 255 qram marixuana götürülüb. Qeyd edək ki, ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.

Avtomobildən 8 ədəd mobil telefon aşkar edildi

29 İyun 2017 16:42

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının altında düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 2 ədəd “Samsung Galaxy Grand prime”, 3 ədəd “Samsung Galaxy J3 “, 1 ədəd “Samsung Galaxy S7”, 1 ədəd “Samsung X play”, 1 ədəd “H9” markalı mobil telefonlar, müxtəlif adda telefonlara aid qutular, 17 ədəd qidalandırıcı başlıq, 17 ədəd USB kabel, 10 ədəd adapter aşkar edilib. Faktla bağlı araşdırma aparılır.