“QHT-lərin mədəniyyətin davamlı inkişafında rolu” müzakirə edilib
Mədəniyyət və Turizm Nazirliyinin QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə “Qeyri-hökumət təşkilatlarının mədəniyyətin davamlı inkişafında rolu” mövzusunda İsmayıllı şəhərində regional müşavirə keçirilib.
29 İyun 2017 16:56 SosialMədəniyyət və Turizm Nazirliyinin QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə "Qeyri-hökumət təşkilatlarının mədəniyyətin davamlı inkişafında rolu" mövzusunda İsmayıllı şəhərində regional müşavirə keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə. müşavirə zamanı mədəniyyətimizin təbliğində QHT potensialının təhlili, mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərə Nazirlik tərəfindən göstərilə biləcək dəstək istiqamətləri, birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, Nazirlik tərəfindən gələcəkdə elan edə biləcək müsabiqə mövzularının müzakirəsi, əməkdaşlıq formalarının müəyyən olunması, fəaliyyətin çevikliyini təmin etmək üçün zonal koordinasiya qruplarının yaradılması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası, regional mədəniyyət və turizm idarələri ilə birgə əməkdaşlığın qurulması və s. məsələlər müzakirə olunub. Eyni zamanda QHT nümayəndələri üçün mədəniyyət müəssisləri ilə tanışlıq təşkil edilib.