AzTU Fransa universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

İyunun 29-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artiba, universitetin vitse-prezidenti Sebastien Grondel və Beynəlxalq Münasibətlər şöbəsinin rəhbəri Maria Gonzales ilə görüşüb.

İyunun 29-da Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artiba, universitetin vitse-prezidenti Sebastien Grondel və Beynəlxalq Münasibətlər şöbəsinin rəhbəri Maria Gonzales ilə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov AzTU haqqında qonaqlara ətraflı məlumat verib və Fransanın Valenciennes Universiteti ilə əməkdaşlığa məmnun olduğunu bildirib. Xalıq Yahudov qeyd edib ki, Azərbaycanın sənaye müəssisələrinin və infrastrukturunun idarə olunmasında AzTU-nun məzunlarının müstəsna əməyi var. Universitetdə maşınqayırma, metallurgiya, nəqliyyat, rabitə və bu kimi mühüm sahələr üçün yüksəkixtisaslı mühəndis kadrlar hazırlandığı diqqətə çatdırılıb. AzTU ilə əməkdaşlığa xüsusi marağı olan Fransanın Valenciennes Universitetinin prezidenti Abdelhakim Artiba da öz növbəsində rəhbərlik etdiyi universitetin tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası və digər sahələr haqqında məlumat verib. Qonaq AzTU haqqında ilkin təəssüratını bölüşərək iki universitet arasında geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Daha sonra AzTU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində əməkdaşlıq müqaviləsi imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31