Azərbaycanlı idmançıə rinqə “Qarabağ Azərbaycanındır” şüarı ilə çıxacaq
İyulun 1-də İstanbulda Dünya Çempionlar King Boks Gecəsi keçiriləcək. “OLAYLAR”-a Beynəlxalq Diaspora Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq. Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək.
29 İyun 2017 16:57 Sosialİyulun 1-də İstanbulda Dünya Çempionlar King Boks Gecəsi keçiriləcək. "OLAYLAR"-a Beynəlxalq Diaspora Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan bayrağı ilə "Qarabağ Azərbaycanındır" şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxacaq. Qeyd edək ki, dünya çempionu olan Sinan Ulutürk BDM-in Türkiyə fəallarındandır. Möhtəşəm idman yarışında fərqli dünya ölkələrindən beynəlxalq yarışlara imza atan təcrübəli idmançılarla birlikdə çoxsaylı qonaqlar və dünya ulduzları iştirak edəcək. Keçiriləcək yarışı izləmək üçün BDM sədri dr. İsmayıl Ağayev sabah İstanbula səfər edəcək.
Xatırladaq ki, döyüş TV8+ kanalında, Türkiyə vaxtı ilə saat 19:30-da canlı yayımlanacaq. İstanbulda yaşayan həmyerlilərimiz gecəyə qatıla bilərlər.