İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi və İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən 3-9 iyul tarixində qonşu ölkədə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyi və İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən 3-9 iyul tarixində qonşu ölkədə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbəerə görə, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri keçiriləcək. Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət Qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan Fotoqraflarının əsərlərindən ibarət "Azərbaycan dünən, bu gün, sabah" adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat və s. nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31