Gündəm
Muzey rəhbərliyi Beynəlxalq Simpoziumda
Qazaxstan Respublikasının Astana şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Milli Akademik Kitabxana və Milli Muzeyin təşkilatçılığı ilə “Oxucu dünyasında mütaliə edən millət” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Tarix muzeyindən “Olaylar” – a bildirilib ki, simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak ediblər.
Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror R.Quliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Muzey əməkdaşı regional seminar-təlimdə
Gürcüstan və Azərbaycan İKOM Milli Komitələri, Gürcüstan Milli Muzeyi və Tiflis Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstan Milli Muzeyində “Muzeylərdə inkluziv proqram” adlı regional seminar-təlim keçirilib. “Ecole Du Louvre”-un professoru, “CECA (İKOM Muzey Pedaqoqikası və Mədəni Fəaliyyət Beynəlxalq Komitəsi)”-nın mütəxəssisi Dr. Marie-Clarte O’Neill-in rəhbərliyi ilə keçirilmiş seminarın mövzusu Cənubi Qafqaz regionu muzeylərinin təhlili əsasında seçilib. Təlimdə Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov iştirak edib. Muzeydən “Olaylar” – a bildirilib ki, seminar-təlimin məşğələlərində muzeylərdə inkluzivlik prinsipi, ekskluziv muzey, inkluziv muzey və sərgillər, inkluzivlik prinsipinin reallaşdırılması, “CECA BP” proqramının tətbiqi və s. mövzularda mühazirələr oxunub.
Dünya ölkələrinin hərbi güc REYTİNQİ: Azərbaycan Ermənistanı üstələdi
2017-ci il "Global Firepower" hərbi güc reytinqində Azərbaycan 132 ölkə arasında 59-cu yeri tutub. Bu reytinq mövcud atəş gücünün təmin olunması üçün silah sayı, coğrafi amillər, logistika çevikliyi, təbii ehtiyatlar və yerli sənaye kimi cəhətləri nəzərə alır.
Qaradağda 6 otaqlı ev yandı
Paytaxtda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Azərbaycanda məlumat azadlığı yüksək səviyyədə təmin olunub
Azərbaycanda vətəndaşların insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi önəm verilir. Demokratiyanın əsas prinsiplərindən hesab olunan söz və fikir azadlığa da bu hüquqların tərkib hissəsi hesab olunur. Hazırda dünya ölkələrinin maraq dairələrində olan məsələlərdən biri də insanların azad və sərbəst şəkildə məlumat əldə etməsi ilə bağlıdır. Etiraf edilməlidir ki, dünyanın bir çox ölkələrində bu sahədə ciddi problemlər yaşanmaqdadır. Azərbaycanda isə məlumat azadlığı qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu isə o deməkdir ki, ölkə vətəndaşları təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər əldə etmək hüququna malikdirlər. Bundan başqa, Azərbaycanda məlumat azadlığı haqqında qanun qəbul edilib.
Çavuşoğlu BMT üzvlərini münaqişələrin qarşısının alınması və həlli ilə bağlı Quterreşin səylərini dəstəkləməyə çağırıb
Bununla yanaşı, BMT, regional, sübregional təşkilatlar və mülki cəmiyyət müstəvisində də qabaqlayıcı diplomatiya və vasitəçilik sahəsində beynəlxalq güc məsələsində əhəmiyyətli irəliləyiş əldə edilib. Qrup vasitəçiliyin inkişaf etdirilməsi sahəsində BMT-də qabaqcıl platformaya çevrilib, vasitəçiliyin normativ və konseptual çevrəsinin genişləndirilməsinə zəmin hazırlayan BMT-nin Ümumi Şurasının dörd qərarının qəbul edilməsinin təşəbbüskarı olub. Qrup eyni zamanda dünya miqyasında alimlərdən praktiklərə qədər vasitəçilik sahəsində fəaliyyət göstərən hər kəs üçün fundamental sənəd xarakteri daşıyan 2012-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının effektiv vasitəçilik üzrə məlumat-sorğu Kitabı”nın hazırlanmasına da mühüm töhfə verib.
“Teorem.az” mobil təhsil platformasından ilk olaraq Azercell abunəçiləri istifadə edə biləcəklər
Bu gün Azercell şirkətinin dəstəyi ilə TEOREM - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib. Təqdimat mərasimində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim edilib. Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak ediblər.
Hollandiya şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində sifarişləri dayandırdı
Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsi dayandırılıb.
Bakı sakini 8 yaşlı qızı soyundurub təcavüz etdi
Azyaşlıya təcavüz etməkdə təqsirli bilinən Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü İbrahim Buğumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İbrahim Buğumov 15 may 2015-ci il tarixdə, saat 20:45 radələrində sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvana gəlib. İbrahim Buğumov həmin ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Samirə Əliyeva (ad və soyad şərti verilib - red.) rastlaşıb.
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
"İnter" bu şansı qaçırmasa...
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq Bakının "İnter" klubu avrokuboklarda tarixi qələbənin müəllifi ola bilər. Serbiyada "Mladost"un qonağı olacaq paytaxt təmsilçisi Azərbaycan klublarının səfərdəki yubiley qələbəsini reallaşdırmağa yaxındı.
Azərbaycanlı müğənninin qardaşı: "Bağa girəndə ağa bükülmüş meyitini gördüm"
Əməkdar artist Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, onun qardaşı Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır
Bakıda avtobusda 3 min manat dəyəri olan noutbuk tapılıb. Bu gün səhər saatlarında "BakuBus"a məxsus 99-JH-319 dövlət nömrə nişanlı avtobusda (Hava Limanı ekspress xətti üzrə hərəkət edən) xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuku unudulub.
Cövdət Hacıyevin 100 illiyi “İpək Yolu” festivalında qeyd olunub
İyunun29 - da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır. Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir.














