Bakıda avtobusda 3 min manatlıq tapıntı - Yiyəsi axtarılır

Bakıda avtobusda 3 min manat dəyəri olan noutbuk tapılıb. Bu gün səhər saatlarında "BakuBus"a məxsus 99-JH-319 dövlət nömrə nişanlı avtobusda (Hava Limanı ekspress xətti üzrə hərəkət edən) xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuku unudulub.

"BakuBus"dan Milli.Az-a bildiriblər ki, itirilmiş əşyanın sahibi şirkətin Zığ -Hövsan yolu 1 km. 1 ünvanında yerləşən inzibati binasına yaxınlaşıb öz əşyasını götürə, yaxud da  *4242 "qaynar xətti" və ya (012) 404-11-10 nömrəli telefonla əlaqə saxlaya bilər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31