Cövdət Hacıyevin 100 illiyi “İpək Yolu” festivalında qeyd olunub

 İyunun29 - da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində  Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır.  Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir.

İyunun29 - da Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində  Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Bəstəkarlar İttifaqından "Olaylar" - a bildirilib ki, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır. 

Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir. Məlumat verilib ki, Azərbaycan Televiziya və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. 1948-ci ildən isə xora respublikanın Xalq Artisti Ramiz Mustafayev bədii rəhbərlik edib. Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Aqşin Əlizadə və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb. Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecin xoru və kamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər. Sonda Cövdət Hacıyevin oğlu bəstəkar  İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31